Əl-Bəqərə surəsi · 254-cü ayə

Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 254
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Alış-verişin, dostluq və şəfaətin olmayacağı gün çatmamış sizə verdiklərimizdən infaq edin. (Bilin ki,) kafirlər həmin zalımlardır. (Həm özlərinə, həm də başqalarına zülm edirlər.)”
Nöqtələr
Bu ayədə Allah xalqı infaqa təşviq etmək üçün vasitələrə əl atır: Sənin olanlar sənin deyil, onları Biz sənə vermişik. ; Onların bir hissəsini infaq et, hamısını yox; Bu infaq qiyamət günü sənin üçün istənilən dostluqdan üstündür.
Bildirişlər
1. Göstəriş verməzdən qabaq xalqa ehtiramla müraciət edin.
2. Xeyir işlərdə fürsətdən istifadə dəyərdir.
3. Bu gündən məhrum olmaq, sabahdan məhrum olmaqdır. Əgər bu gün infaq və bəxşiş həyata keçməsə, həmin gün də arada məhəbbət və dostluq olmayacaq.
4. Məadın zikri infaqa təşviq amilidir.
5. Səxavət ruhiyyəsi yaratmaq yollarından biri qiyamətdə insanların əliboş olacağını xatırlamaqdır.
6. Xəsislik naşükürlük və ilahi vədə qarşı küfr nişanəsidir.
7. Küfr zülmün bariz nümunəsidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 254-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 254-cü ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!
Əl-Bəqərə surəsi 254-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 254-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 254-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 254-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 254-cü ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Alış-verişin, dostluq və şəfaətin olmayacağı gün çatmamış sizə verdiklərimizdən infaq edin. (Bilin ki,) kafirlər həmin zalımlardır. (Həm özlərinə, həm də başqalarına zülm edirlər.)” Nöqtələr Bu ayədə Allah xalqı infaqa təşviq etmək üçün vasitələrə əl atır: Sənin olanlar sənin deyil, onları Biz sənə vermişik. ; Onların bir hissəsini infaq et, hamısını yox; Bu infaq qiyamət günü sənin üçün istənilən dostluqdan üstündür. Bildirişlər 1. Göstəriş verməzdən qabaq xalqa ehtiramla m...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.