Əl-Bəqərə surəsi · 250-cu ayə

Onlar Calut və onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: «Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövm üzərində kömət et.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 250
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Calut və onun qoşunu ilə qarşılaşdıqda dedilər: "Pərvərdigara, bizə səbir və dözüm endir, qədəmlərimizi sabit və möhkəm et, bizi kafir qövmə qalib buyur.”
Bildirişlər
1. Hər zaman, xüsusi ilə cəbhələrdə hərəkətlə müşayiət olunan dua zəruridir. Hərəkət yerinə dua etmək düzgün deyil.
2. Səbir və qələbə bir-birinin şərtidir. Səbir nəticəsində qələbə əldə olunar.
3. Öz dualarınızı "Rəbbəna”, yəni "ey Rəbbimiz” müraciəti ilə başlayın.
4. Çətinliklər zamanı insanın böyük səbrə ehtiyacı var. "Əfriğ” firavan nüzul mənasındadır. "Səbrən” sözü "nəkərə” formasında işləndiyindən böyük səbir nişanəsidir.
5. İmtahanlardan keçmək və onlardakı müvəffəqiyyət sizi qürrələndirməsin. Daim Allahdan yardım diləyin.
6. Çalışmaq insanın vəzifəsidir. Qələbə isə Allahın əlindədir.
7. Savaşda qələbə o zaman dəyərli olur ki, döyüşçülərin məqsədi haqqın batildən üstünlüyü olsun. Şəxsi üstünlük istəyi qələbəni dəyərsiz edir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 250-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 250-cu ayəsi nə haqqındadır?
Onlar Calut və onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: «Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövm üzərində kömət et.
Əl-Bəqərə surəsi 250-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 250-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 250-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 250-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 250-cu ayənin təfsiri nədir?
"Calut və onun qoşunu ilə qarşılaşdıqda dedilər: "Pərvərdigara, bizə səbir və dözüm endir, qədəmlərimizi sabit və möhkəm et, bizi kafir qövmə qalib buyur.” Bildirişlər 1. Hər zaman, xüsusi ilə cəbhələrdə hərəkətlə müşayiət olunan dua zəruridir. Hərəkət yerinə dua etmək düzgün deyil. 2. Səbir və qələbə bir-birinin şərtidir. Səbir nəticəsində qələbə əldə olunar. 3. Öz dualarınızı "Rəbbəna”, yəni "ey Rəbbimiz” müraciəti ilə başlayın. 4. Çətinliklər zamanı insanın böyük səbrə ehtiyacı var. "Əfriğ” f...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.