Əl-Bəqərə surəsi · 223-cü ayə

Qadınlarınız sizin tarlanızdır. Buna görə də istədiyiniz tərəfdən və istədiyiniz zaman öz tarlanıza gəlin və (haram müqabilində halal ilə kifayətlənmək və bu əməl nəticəsində saleh övlad əldə etmək niyyəti ilə) özünüz üçün qabağa (savab) göndərin. Allahdan qorxun və bilin ki, həqiqətən, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 223
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Qadınlar sizin əkin yerlərinizdir. İstədiyiniz vaxt, istədiyiniz yerdə öz əkin yerinizə gəlin. Özünüz üçün (yaxşı əməllər) nəzərdə tutun. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.”
Nöqtələr
Bu ayədə qadınlar əkinəcəyə bənzədilmişlər. Doğurdan da bu bağça doqquz ay müddətində bəşəriyyətə övlad çiçəyini təqdim edir. Bəşəriyyətin əkin sahəsi olmadan yaşaya bilmədiyi kimi, qadın olmadan da bəşər nəsli davam edə bilməz.
Qadın kam almaq vasitəsi deyil. O, bəşər nəslinin davam rəmzidir. Demək, qadınla yaxınlıqda pak bir nəsil intizarında olmaq lazımdır; insan bütün məqamlarda müqəddəs hədəflərə malik olmalıdır. "İttəqqullah” cümləsi xəbərdarlıq edir ki, icazə verilməmiş yollarla cinsi ehtirası söndürmək olmaz. Bu yolu seçənlər qiyamət günü üzüqara olar. Saleh əməl və qiyamət günü xeyir mücəssəməsi olan övladlar və nəsil yetişdirin.
Bildirişlər
1. Münasib həyat yoldaşı münasib əkinəcək kimidir. Yaxşı məhsul götürmək üçün münasib toxuma ehtiyac var.
2. İstər toxum, istərsə də torpaq təvəllüddə mühüm rola malikdir. Gələcək nəslin necəliyində və davamında qadın və kişinin rolu var.
3. Qısa müddətli qadağaların ardınca, uzun müddətli bəhrələnmə dövrü gəlir.
4. Yaxınlıq üçün kişi qadına yaxınlaşmalıdır.
5. Meyllərdə ilahi yön olmalıdır. Əgər yaxınlıq zamanı pak övlad və qiyamət ehtiyatı nəzərdə tutularsa, bu yaxınlıq da ilahi rəngdə olar.
"Səhihe-Buxari”də deyilir: İlahi övliyalar yaxınlıq zamanı mücahid övlad qəsdində olurlar.
6. Əgər pak nəsil yetirsəniz, özünüz ondan bəhrələnəcəksiniz.
7. Qadın əşya deyil. O, azadlığın bünövrəsini qoyan, tarixə sərmayə yatıran, axirət hədiyyələrini gətirəndir.
8. Doğub-törəmə izdivacın əsas məqsədlərindəndir.
9. Yaxınlıq zamanı təqvanı gözləyin.
10. Nəfs istəkləri təqva vasitəsi ilə nəzərə alınmalıdır.
11. Təqvaya çatmaq üçün ən yaxşı vasitə axirətə imandır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 223-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 223-cü ayəsi nə haqqındadır?
Qadınlarınız sizin tarlanızdır. Buna görə də istədiyiniz tərəfdən və istədiyiniz zaman öz tarlanıza gəlin və (haram müqabilində halal ilə kifayətlənmək və bu əməl nəticəsində saleh övlad əldə etmək niyyəti ilə) özünüz üçün qabağa (savab) göndərin. Allahdan qorxun və bilin ki, həqiqətən, Onunla görüşəcəksiniz. Möminlərə...
Əl-Bəqərə surəsi 223-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 223-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 223-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 223-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 223-cü ayənin təfsiri nədir?
"Qadınlar sizin əkin yerlərinizdir. İstədiyiniz vaxt, istədiyiniz yerdə öz əkin yerinizə gəlin. Özünüz üçün (yaxşı əməllər) nəzərdə tutun. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.” Nöqtələr Bu ayədə qadınlar əkinəcəyə bənzədilmişlər. Doğurdan da bu bağça doqquz ay müddətində bəşəriyyətə övlad çiçəyini təqdim edir. Bəşəriyyətin əkin sahəsi olmadan yaşaya bilmədiyi kimi, qadın olmadan da bəşər nəsli davam edə bilməz. Qadın kam almaq vasitəsi deyil. O, bəşər nəslini...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.