Əl-Bəqərə surəsi · 220-cu ayə

Dünya və axirət (işləri) barəsində! Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində soruşurlar, de: «Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah edəni fəsad törədəndən seçir. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı (onların mallarının və canlarının qorunmasını ayrı-ayrılıqda hər birinizə vacib edərdi). Həqiqətən Allah qüdrətli və hikmətlidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 220
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Düşünün) dünya və axirət haqqında. Səndən yetimlər haqqında soruşarlar. De ki, onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatından ayırmasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah əhlini fəsad əhlindən ayırd edir. Allah istəsəydi sizi zəhmətə salardı. (Göstəriş verərdi ki, yetimlərə himayədarlıq edərkən onların malını öz malınıza qatmayasınız. Amma Allah belə etmir.) Həqiqətən, O, əziz və həkimdir.”
Nöqtələr
"Fiddünya vəl axirət” cümləsi iki şeydən birinə işarədir. Bu cümlə infaq məsələsinə aid ola bilər. Bu barədə əvvəlki ayədə danışılmışdır. Yəni sizin infaqınız dünya və axirət asayişiniz üçün olsun. Bütün malınızı xərcləməyin ki, dünyada əziyyətə düşəsiniz. Xəsislik də etməyin ki, axirət savabından məhrum olasınız.("Tövrat”, səfəre-laviyan, 19-21-ci cümlələr. ) Bu cümlə əvvəlki ayənin sonunda işarə olunmuş təfəkkürə də aid ola bilər. Yəni insan dünya və axirət məsələləri haqqında düşünsün və axirəti üçün bu dünyadan bir şey qazansın. İnsan yaranış, varlıq aləminin sirləri, hakim qanunlar haqqında düşünməli, məsələləri bacardığı qədər əql və düşüncə əsasında qəbul etməlidir. Hərçənd bir əqidənin qəbulu üçün bütün sirlərdən xəbərdar olmaq şərt deyil.("Vəsail”, c. 2, s. 567; Təfsiri-Nurus-səqəleyn, c.1, s. 178.)
Təfsirlərdə bildirilir: "Nisa” surəsinin onuncu ayəsi nazil olanda və yetimin malının yeyilməsi od yeyilməsi ilə bir tutulanda, evində yetim olanlar narahat oldular. Bəziləri yetimləri evlərindən çıxardılar, bəziləri isə onların qab-qacağını ayırdılar. Belə ki, yetimlər və onlara himayədarlıq edənlər üçün çətinlik yarandı. Belələri həzrət Peyğəmbərin (s) hüzuruna gəlib yetimlərlə rəftar haqqında soruşurdular. Həzrət Peyğəmbər (s) onların suallarını belə cavablandırırdı: "Yetimlərin işlərini yoluna qoymaq onları uzaqlaşdırmaqdan üstündür. Malınızın onların malına qatılmaması üçün onları özünüzdən uzaqlaşdırıb, bu məsuliyyəti çiyninizdən atmamalısınız. Onlar sizin din qardaşlarınızdır. Onların malına tamah olmayan yerdə öz malınızı həmin mala qatmağın eybi yoxdur. Bilin ki, Allah fəsad əhlini islah əhlindən seçir.”
Bildirişlər
1. Dünya və axirətə diqqətsiz olmayın, onlar haqqında düşünün.
2. Yetimlərdən uzaqlaşmaq məsləhət deyil. Əksinə, xeyir və tamahsız bir niyyətlə onlarla yaxınlıq məsləhətdir.
3. Yetimlərə istənilən cür kömək dəyərlidir. Ayədə islah sözü ümumi şəkildə işlədilmişdir. Burada həm maddi, həm elmi, həm əməli, həm tərbiyəvi, həm də dini islah nəzərdə tutulur.
4. Yetimlər bizim nə qulumuzdur, nə övladımız. Onlar bizim kiçik qardaşlarımızdır və bizim özümüzdəndir.
5. Bu işdə nə ifrat, nə də təfritə yol verin. İslah adı ilə yetimlərin malını yeməyin, fəsad qorxusundan onlardan uzaqlaşmayın. Allah islah əhlini fəsad əhlindən seçir.
6. Allahın bizim düşüncə və niyyətlərimizdən xəbərdar olduğunu bilsək, fəsad və xilafa yol vermərik.
7. İslamda gücdən yuxarı vəzifə yoxdur.
8. Göstərişlərdəki asanlıq hikmətə əsaslanır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 220-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 220-cu ayəsi nə haqqındadır?
Dünya və axirət (işləri) barəsində! Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində soruşurlar, de: «Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah edəni fəsad törədəndən seçir. Əgər Allah istəsəydi, sizi çətinliy...
Əl-Bəqərə surəsi 220-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 220-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 220-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 220-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 220-cu ayənin təfsiri nədir?
"(Düşünün) dünya və axirət haqqında. Səndən yetimlər haqqında soruşarlar. De ki, onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatından ayırmasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah əhlini fəsad əhlindən ayırd edir. Allah istəsəydi sizi zəhmətə salardı. (Göstəriş verərdi ki, yetimlərə himayədarlıq edərkən onların malını öz malınıza qatmayasınız. Amma Allah belə etmir.) Həqiqətən, O, əziz və həkimdir.” Nöqtələr "Fiddünya vəl axirət” cümləsi iki...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.