Əl-Bəqərə surəsi · 22-ci ayə

Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi, göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. Buna görə də, (bütlərin bu cür varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını) bilə-bilə Allaha şəriklər qoşmayın.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə 22 ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
22. الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ
"O Allah ki, sizin üçün yer üzünü döşənəcək, göyü isə tavan qərar verdi. Göydən su endirdi və onun vasitəsi ilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. Belə isə Allahın oxşarı olmadığını bildiyiniz halda Ona şərik qoşmayın.
Nöqtələr
Bu ayədə Allah müxtəlif nemətlərə işarə etmişdir. Bu nemətlərin hər biri müxtəlif nemətlər üçün mənbədir. Məsələn, yerin döşənəcək olması bir çox digər nemətlərə işarədir. Eləcə də, dağların bərkliyi, biyabandakı torpaqların yumşaqlığı, yerlə günəş arasındakı məsafə, havanın istiliyi, çaylar, dərələr, dağlar, otlar və onların müxtəlif hərəkətləri yeri döşənəcək kimi hazırlamışdır. Necə ki, Quranda yer haqqında bir neçə təbir işlədilmişdir. Yer beşik ("məhd”), ram ("zəlul”) kimi yad edilmişdir.(Qəsəs”, 49. )
"Səma” sözü ayədə bir yerdə bütün yuxarı fəzaya işarə oluraq "ərz” sözü qarşısında işlədilmişdir. Bir dəfə isə həmin sözlə yağışın buludlardan endiyi fəzaya işarə olunur.
Bildirişlər
1. İlahi nemətlərin xatırladılması ibadətə dəvətin ən üstün yollarındandır. ("Ubudu Rəbbəkum... əlləzi cəələ ləkum”)
2. Allahşünaslığın ən üstün yollarından biri imkan çatan nemətlərdən istifadə etməkdir. ("Cəələ ləkumul-ərzə firaşən vəs-səmaə binaən”)
3. Yaranış nizamında kamil bir uyğunluq müşahidə olunur. Necə ki, yer, səma, yağış, bitki örtüyü, meyvələr və insan arasında uyğunluqlar var. ("Nəzm dəlili”) ("Cəələ, ənzələ, əxrəcə”)
4. Bütün yaranmışlar hansısa məqsədlə xəlq olunmuşlar. ("Rizqən ləkum”) Yağış meyvələrin inkişafı və səmərəsi üçün ("fəəxrəcə bihi”), meyvələr insana ruzi üçündür. ("Rizqən ləkum”)
5. Torpaq və yağış bir vasitədir. Otların və meyvələrin cücərməsi Allahın əlindədir. ("Fəəxrəcə”)
6. Yaranış aləmindəki nəzm və uyğunluq tövhid nişanəsidir. Siz də təkallahçı olun: ("Fəla təcəlu lillahi əndadən”)
7. Bütün xalqın fitrət və vicdanında allahpərəstliyin kökü vardır. ("Və əntum tələmun”)
8. Yerin, səmanın, yağışın, meyvələrin, insanın ruzisinin yaranışı Allahın xaliqliyindən (Rübubiyyət) bir görünüşdür. ("Ubudu Rəbbəkum. əlləzi cəələ ləkum...)
9. Bütün insanların yer üzündə bəhrələnmək və istifadə haqları var. (Ayədə "ləkum” təkrarlanmışdır)
10. İbadətin vacib olma dəlili yeri, səmanı, yağışı, otları sizin üçün ruzi yaratmış Allahın lütfüdür. ("Ubudu Rəbbəkum.. əlləzi cəələ ləkum...”)
11. Allah təbiət vasitələrinə hakimdir. ("Cəələ, ənzələ, əxrəcə”)
12. Allahın şəriki olduğunu güman etmək cəhalətdəndir. ("La təcəlu lillahi əndadən və əntum tələmun”)

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 22-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 22-ci ayəsi nə haqqındadır?
Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi, göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. Buna görə də, (bütlərin bu cür varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını) bilə-bilə Allaha şəriklər qoşmay...
Əl-Bəqərə surəsi 22-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 22-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 22-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 22-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 22-ci ayənin təfsiri nədir?
22. الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ "O Allah ki, sizin üçün yer üzünü döşənəcək, göyü isə tavan qərar verdi. Göydən su endirdi və onun vasitəsi ilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. Belə isə Allahın oxşarı olmadığını bildiyiniz halda Ona şərik qoşmayın. Nöqtələr Bu ayədə Allah müxtəlif nemətlərə işarə etmişdir. Bu ne...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.