Əl-Bəqərə surəsi · 205-ci ayə

Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 205
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər qüdrət və hökumətə çatsa, yer üzündə fəsad, əkin sahələrinin və nəslin məhvi üçün çalışar. Allah fəsadı dost tutmur.”
Nöqtələr
"Təvəlla” sözünü iki cür mənalandırmaq olar: Birinci məna ayədə tərcümə olunduğu kimi qüdrət və hökumətə çatmaqdır. İkinci məna üz döndərməkdir. Bu halda ayə belə tərcümə olunmalıdır: Əgər ilahi haqq və hidayətdən üz döndərdi və səndən uzaqlaşdısa, fitnə-fəsad sorağınca gedər...”
Əvvəlki ayədə münafiqlərin zahirən gözəl danışdığı bəyan olundu. Bu ayədə isə onların fəsad dolu rəftarı qeyd edilir.
Quran buyurur: "Əgər salehlər hökuməti ələ alsalar, namazı bərpa edər, zəkat ödəyər, əmr be məruf və nəhy əz munkər edərlər.”("Şərhe-nəhcül-bəlağə”, c. 13, s. 262. ) Onlar bu vasitə ilə Allahla və cəmiyyətdəki məhrumlarla rabitələrini qoruyarlar. Amma əgər ləyaqətsiz bir şəxs qüdrətə çatsa, xalq üzərində hakimiyyəti əlinə alsa, öz nəfsinin tüğyanı, xəbərsizliyi, xarici təzyiqlər səbəbindən bütün cəmiyyəti özünə qurban edər. "Əl-Mizan”da qeyd olunduğu kimi, tarix şahiddir ki, bir çox müsəlmannümalar İslam və iman pərdəsi altda xalqa hakim olub əkinəcəkləri və nəsilləri məhv etdilər.
Qanunları saxtalaşdırmaq, ideoloji müharibə və təbliğat, narkotik maddələr vasitəsi ilə iqtisadiyyatı və gənc nəsli məhv edənlər bu ayənin bariz nümunələridir.
Sahələrin, əkinlərin məhvi, nəsillərin həlakı gələcək nəsillərin azğınlığa sövq edilməsi mənasındadır. Məraği və Fəxr Razi öz təfsirlərində ehtimal vermişlər ki, "hərs” qadınlara işarə ola bilər. Onlar buna "Bəqərə” surəsinin 223-cü ayəsini dəlil göstərmişlər. Onların fikrincə, "nəsil” sözü övladlara işarədir. Yəni zalım hakimlər (tağut) ailə nizamını və övladların tərbiyəsini məhv edirlər.
Bildirişlər
1. Ləyaqətsiz bir şəxs əgər qüdrətə çatsa, hər şeyi fəsada sürükləyər.
2. Ən böyük təhlükə iqtisadiyyatın və millətin əqidəsinin məhv edilməsidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 205-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 205-ci ayəsi nə haqqındadır?
Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir.
Əl-Bəqərə surəsi 205-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 205-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 205-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 205-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 205-ci ayənin təfsiri nədir?
"Əgər qüdrət və hökumətə çatsa, yer üzündə fəsad, əkin sahələrinin və nəslin məhvi üçün çalışar. Allah fəsadı dost tutmur.” Nöqtələr "Təvəlla” sözünü iki cür mənalandırmaq olar: Birinci məna ayədə tərcümə olunduğu kimi qüdrət və hökumətə çatmaqdır. İkinci məna üz döndərməkdir. Bu halda ayə belə tərcümə olunmalıdır: Əgər ilahi haqq və hidayətdən üz döndərdi və səndən uzaqlaşdısa, fitnə-fəsad sorağınca gedər...” Əvvəlki ayədə münafiqlərin zahirən gözəl danışdığı bəyan olundu. Bu ayədə isə onların ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.