Əl-Bəqərə surəsi - Ayə: 206

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 206
Və ona «Allahdan qorx!» deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksül-əməl göstərər). Buna görə də Cəhənnəm ona kifayətdir və əlbəttə (o) çox pis bir yerdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 206. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 206 MÖHSÜN QƏRAƏTİ.

"Ona "Allahdan qorx” deyilən vaxt günah sayəsində əldə etdiyi qürur onu götürər. Cəhənnəm odu onun üçün kafidir. Və bu yer necə də pisdir!”

 

Bildirişlər
1. Təkəbbür əhli heç vaxt başqalarının moizəsinə qulaq asmır. Tarixdə nəql olunub ki, Bəni-Üməyyə xəlifəsi Əbdül-Məlik Mərvan minbərdən Mədinə şəhərinə belə müraciət etdi: "And olsun Allaha, kim mənə təqvalı olmağı əmr etsə, boynunu vuracağam.”("Təfsiri-Safi”, c. 1, s. 241. )
2. Hakim öyüd-nəsihət qəbul edən şəxs olmalıdır.
3. Günah lovğalıq, qürur və təkəbbür səbəbidir.
4. Cəhənnəmə diqqət qüruru sındıran agahlıqdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.