Əl-Bəqərə surəsi · 176-cı ayə

O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali və əqli bir hədəf üçün) nazil etmişdir. Həqiqətən Allahın kitabı (onun hamısının və ya bəzisinin qəbul edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər uzun-uzadı bir düşmənçilik içərisindədirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 176
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bu (əzabın) səbəbi budur ki, Allah (səmavi) kitabı haqq olaraq nazil etmişdir. Əlbəttə, o kəslər ki, kitabda ixtilaf etdilər, daim dərin çəkişmə içindədirlər.”
Nöqtələr
Dini həqiqətləri gizlədənlərə münasibətdə bir bu qədər hədə və əzab vədinin bəyan olunmasının səbəbi odur ki, Allah-təala səmavi kitabı çox aydın və səlis şəkildə, dəlillərə istinad edərək nazil etmiş, beləliklə də şəkk-şübhəyə yer qalmamışdır. Bununla belə, insanların bir qismi öz şəxsi mənafelərini qorumaq üçün müxtəlif yozumlara və təhriflərə əl atmış, səmavi kitabın anlaşılmasında ixtilaf yaratmışlar. Onların məqsədi suyu bulandırıb balıq tutmaqdır. Allah bu zümrə haqqında buyurur: "Onlar didişmə və nifaq içindədirlər.”
Həqiqəti gizlətmə yollarından biri də ixtilaf yaratmaqdır. Əvvəlki üç ayədə bəyan olunan hədələr haqqı gizlədənlərə ünvanlanmışdı. Bu ayədə, "gizlədənlər çəkişmədədir” əvəzinə "kitabda ixtilaf edənlər çəkişmədədir” buyurulmuşdur. Bu təbirlərdən aydın olur ki, haqqı gizlədənlər elə özləri ixtilaf edənlərdir. Çünki ixtilafa aludə mühitdə xalqın başını qatıb həqiqətləri gizlətmək olur.
Bildirişlər
1. Dini və məzhəbi ixtilafların mənşəyi səmavi kitab yox, alimlərdir.
2. Həqiqətlərin gizlədilməsi nifaqa, parçalanmaya və didişməyə səbəb olur.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 176-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 176-cı ayəsi nə haqqındadır?
O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali və əqli bir hədəf üçün) nazil etmişdir. Həqiqətən Allahın kitabı (onun hamısının və ya bəzisinin qəbul edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər uzun-uzadı bir düşmənçilik içəri...
Əl-Bəqərə surəsi 176-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 176-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 176-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 176-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 176-cı ayənin təfsiri nədir?
"Bu (əzabın) səbəbi budur ki, Allah (səmavi) kitabı haqq olaraq nazil etmişdir. Əlbəttə, o kəslər ki, kitabda ixtilaf etdilər, daim dərin çəkişmə içindədirlər.” Nöqtələr Dini həqiqətləri gizlədənlərə münasibətdə bir bu qədər hədə və əzab vədinin bəyan olunmasının səbəbi odur ki, Allah-təala səmavi kitabı çox aydın və səlis şəkildə, dəlillərə istinad edərək nazil etmiş, beləliklə də şəkk-şübhəyə yer qalmamışdır. Bununla belə, insanların bir qismi öz şəxsi mənafelərini qorumaq üçün müxtəlif yozuml...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.