Əl-Bəqərə surəsi - Ayə: 175

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 175
Hidayət bahasına azğınlığı və bağışlanmaq müqabilində əzabı satın almış kəslər onlardır. Vay-vay, onlar oda necə də səbrlidirlər!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 175. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 175 MÖHSÜN QƏRAƏTİ.

"Onlar (haqqı gizlədənlər) o kəslərdir ki, hidayəti vermək bahasına azğınlığı, bağışlanma əvəzinə əzabı aldılar. Doğrusu, Allahın əzabına nə qədər də dözümlüdürlər?”
Nöqtələr
Haqqı gizlətmə günahına görə ardbaard səkkiz hədə sadalanmışdır. Bu hədələrdən beşi əvvəlki, ikisi hazırkı, biri isə növbəti ayədədir. Bəlkə də heç bir günaha görə ardıcıl şəkildə səkkiz hədə bəyan edilməmişdir.
Haqqı gizlətmə səbəbləri çoxdur. Bu günahın qürur, yersiz dini təəssüb, mövqeyi hifz etmək, iradə zəifliyi, şücaətsizlik, darbaxışlılıq, biganələrin sifarişi, var-dövlətin hifzi kimi səbəbləri ola bilər.
Haqqı gizlətməyin tövbəsi təkcə tövbə demək və ağlamaqdan ibarət deyil. Bu günahdan tövbə edərkən gizlədilmiş həqiqətləri açıqlamaq zəruridir. Əlbəttə ki, bir şəxsin həyatı təhlükə qarşısında olduqda və ya hər hansı fəsad ehtimal edildikdə haqqı gizlətməyin eybi yoxdur. Məsələn, pisliklərin yayılması üçün insanın öz günahını və ya xalqın günahını gizlətməsi caizdir.
Bildirişlər
1. Alimlər üçün xüsusi günahlardan biri haqqın gizlədilməsidir.
2. Səmavi kitabın bəyanında ilahi hidayət və bağışlanma, bu həqiqətlərin gizlədilməsində isə zəlalət var.
3. Dini satmağın və haqqı gizlətməyin ardınca ən ağır əzablar gəlir. Quranda yalnız bu dəstə haqqında "İlahi əzaba necə də dözümlüdürlər” cümləsi işlədilmişdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.