Əl-Bəqərə surəsi · 174-cü ayə

Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 174
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allahın kitabdan nazil etdiyini gizləyənlər və bunun müqabilində kiçik əvəz alanlar öz qarınlarına yalnız od tökürlər. Allah qiyamət günü onlarla danışmaz, onları təmizləməz. Onlar üçün dərdli əzab vardır.”
Nöqtələr
Nə qədər ki, İslam peyğəmbəri məbus olmamışdı, yəhudi və məsihi alimləri xalqa onun gəlişi haqqında vədlər verir, Tövrat və İncildəki nişanələri sadalayırdılar. İslam peyğəmbərinin zühurundan sonra isə onlar bu son risaləti təsdiq etməyi öz var-dövlət və məqamlarının əldən çıxması ilə bir tutdular. Onların həqiqəti gizlətməkdə məqsədləri bu idi ki, bir neçə gün öz kürsülərində çox otursunlar və daha çox hədiyyə əldə etsinlər. Amma onlar qazandıqları böyük günahın müqabilində çox az qazanc əldə edirdilər. Bu qazanc qarınlarına doldurduqları oddan başqa bir şey deyildi. Necə ki, digər bir ayədə yetimlərin malını yemək od yeməyə oxşadılır.("Furqan”, 75. )
Allah qiyamət günü möminlərlə ünsiyyətdə olduğu halda haqqı gizlədən bu insanlarla xoş danışmaz. Bu danışıq fəzada dalğalar yaranması, ilham və qəlb dili vasitəsi ilə gerçəkləşər. Bütün yaxşı insanlar həmin gün "Kəlimullah” olarlar.
Əvvəlki ayədə donuz əti və ölmüş heyvan ətinin qadağan olunmasının ardınca bağışlanmadan danışılır. Bu ayədə isə haqqı gizlətməyin qadağan olması və əqidə ilə bağlı günahlar haqqında söhbət açıldıqdan sonra danışıq əhvalı daha da sərtləşir və bağışlanma məsələsinə toxunulmur. Bəlkə də növbəti ayədə bu hədələr daha da şiddətlənsin.
Haqqın gizlədilməsi təkcə İslam peyğəmbərinin risaləti ilə bağlı deyil. Həzrət Peyğəmbərin (s) həqiqi canişinləri barəsində də həqiqəti gizlədənlər belə bir əzaba düçar olasıdır. Öz təfsir və tarix kitablarında Qədire-Xum əhvalatı həqiqətlərini ört-basdır edib ayələri təhrifə məruz qoyanlar, xalqı məsum imamlardan yayındırıb başqalarına üz tutmağa sövq edənlər haqqı gizlədənlər cərgəsindədirlər.
Bildirişlər
1.Alimlər üçün ən böyük təhlükə dünyapərəstlikdir.
2. Dini istənilən bir qiymətə satmaq zərərdir. Çünki səmavi kitabların həqiqəti və maarifi bütün mənafelərdən üstündür.
3. Haram qidalar od şəklində təcəssüm edər.
4. Hər bir əşyanın batini bir surəti var və qiyamət günü həmin batini surət aşkar olar.
5. Cəza günaha mütənasib olmalıdır. Dünyada haqqı xalqdan gizlədənlər qiyamətdə Allah kəlamını eşitmək ləzzətindən məhrum qalarlar.
6. Qiyamət əzabları həm cismə, həm də ruha aiddir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 174-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 174-cü ayəsi nə haqqındadır?
Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya ə...
Əl-Bəqərə surəsi 174-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 174-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 174-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 174-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 174-cü ayənin təfsiri nədir?
"Allahın kitabdan nazil etdiyini gizləyənlər və bunun müqabilində kiçik əvəz alanlar öz qarınlarına yalnız od tökürlər. Allah qiyamət günü onlarla danışmaz, onları təmizləməz. Onlar üçün dərdli əzab vardır.” Nöqtələr Nə qədər ki, İslam peyğəmbəri məbus olmamışdı, yəhudi və məsihi alimləri xalqa onun gəlişi haqqında vədlər verir, Tövrat və İncildəki nişanələri sadalayırdılar. İslam peyğəmbərinin zühurundan sonra isə onlar bu son risaləti təsdiq etməyi öz var-dövlət və məqamlarının əldən çıxması i...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.