Əl-Bəqərə surəsi · 169-cu ayə

O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 169
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
("Həqiqətən, şeytan) sizə yalnız çirkinliyi və pisliyi, Allah haqqında bilmədiyiniz şeyləri deməyi əmr edir.”
Nöqtələr
"Ruhul-bəyan” təfsirində bəyan olunmuşdur ki, şeytan öz vəsvəsələrində mərhələlər ötüb keçir: Əvvəlcə küfrə dəvət edir. Elə ki, müvəffəq olmadı, bidətə çağırır. Yenə də bir şey əldə edə bilməsə, böyük günahlara çağırır. Növbəti dəfə əliboş qaldıqda kiçik günahları önə çəkir. Bəndəni kiçik günahlara da batıra bilməyən şeytan ibadət əvəzində mübah işləri əhəmiyyətli göstərir. Bu dəfə də əli boşda qaldıqda ən aşağı mərhələdəki ibadətlərə çağırır ki, insan uca məqamlardan məhrum olsun.
Şeytanın əmri onun vəsvəsələrindən ibarətdir. O insanın azadlığını əlindən alıb, onu günaha məcbur edə bilməz.
Şeytanın əmrinə təslimçilik bizim zəifliyimizi göstərir. Zəif insan şeytanın vəsvəsələrini özünə ağa kimi qəbul edir.("Nəhcül-bəlağə”, hikmət. 147. ) İlahi övliyalar isə elə bir məqama çatmışlar ki, şeytan onlara nüfuz edə bilmir.("Təfsiri-Safi”. )
Bildirişlər
1. Şeytanın düşmənçilik əlamətləri Allaha qarşı günah və iftiraya sövq edən vəsvəsələrdir.
2. Şeytan həm günaha batmaq əmri verir, həm də onu ört-basdır etmək yolunu göstərir. Pislik və günaha əmr Allaha qarşı həmin iftira və günah göstərişi və bu göstərişə don geydirilməsidir.
3 Elmə malik olmadan dini hökmlər haqqında fikir yürütmək və fitva haramdır.
4. Hətta şəkk-şübhə məqamında da bir şeyi Allaha aid etmək olmaz. İndi özünüz qiymətləndirin ki, hansısa sözü bilərəkdən Allaha aid etmək nə deməkdir! Ona görə də Quranın təfsiri və hökmlərin bəyanında diqqətli olmaq lazımdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 169-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 169-cu ayəsi nə haqqındadır?
O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir.
Əl-Bəqərə surəsi 169-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 169-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 169-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 169-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 169-cu ayənin təfsiri nədir?
("Həqiqətən, şeytan) sizə yalnız çirkinliyi və pisliyi, Allah haqqında bilmədiyiniz şeyləri deməyi əmr edir.” Nöqtələr "Ruhul-bəyan” təfsirində bəyan olunmuşdur ki, şeytan öz vəsvəsələrində mərhələlər ötüb keçir: Əvvəlcə küfrə dəvət edir. Elə ki, müvəffəq olmadı, bidətə çağırır. Yenə də bir şey əldə edə bilməsə, böyük günahlara çağırır. Növbəti dəfə əliboş qaldıqda kiçik günahları önə çəkir. Bəndəni kiçik günahlara da batıra bilməyən şeytan ibadət əvəzində mübah işləri əhəmiyyətli göstərir. Bu d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.