"Ey xalq, yer üzündəki halal və pak şeylərdən yeyin və şeytanın addımlarına tabe olmayın. Həqiqətən, o, sizin aşkar düşməninizdir.”
İslam insanları daim pak və halal nemətlərdən istifadəyə çağırır. Eləcə də, müqəddəs dinimiz hər növ rahiblik və yersiz zahidliklə mübarizə aparır. Ona görə də qeyri-sağlam qidalar şeytandan sayılır.("Ə`raf”, 31. ) İslam yersiz aclığı da şeytan addımı bilir. Ona görə də tarixi mənbələrdə qeyd olunmuşdur ki, bəzi ərəb tayfaları öz məhsullarının və heyvanlarının bir hissəsini heç bir dəlil olmadan haram etmişdilər. Onlar bu işi bəzən Allaha aid edirdilər. Uyğun ayə nazil oldu və şübhələr aradan qaldırıldı.
İslamda insanların maddi həyatına kamil şəkildə diqqət yetirilmişdir. Bu ehtiyaclardan qidalanma ehtiyacı öndə gəlir. Uyğun mövzuda onlarla ayə, yüzlərlə hədis mövcuddur. Peyğəmbərlərin vəzifələrindən biri də halal və haram qidaların və içkilərin xalqa tanıtdırılmasıdır.
Quranda, adətən, məsrəf icazəsi ilə yanaşı bir şərt bəyan edilmişdir. Məsələn, bu ayədə buyurulur: "Halal və pak nemətlərdən yeyin...” Başqa bir ayədə isə "Yeyin və için” əmrinin ardınca "fəsad törətməyin” şərti qoyulur.("Həcc”, 28. )Digər bir ayədə isə "Yeyin və için, amma israf etməyin” əmr olunur.("Nəhl”, 100.) Başqa bir ayədə isə "Yeyin və yedirin” buyurulur.("Hicr”, 42. )
"Təfsiri-bürhan” kitabında İmam Sadiqin (ə) Tariq adlı bir şəxsə buyruğu nəql olunmuşdur. Rahiblik, tərki-dünyalıq qərarına gəlmiş Tariq arvadından ayrılmaq istəyərkən İmam (ə) buyurmuşdur: "Bu, şeytan addımlarındandır.”
1. Məsrəf, istifadə zamanı iki əsas şərt var: Həmin şeyin halal və pak (xoşagəlimli) olması
2. İslam bəzi riyazətlər (pəhrizlər) ilə müxalifdir.
3. Haram buyurulmuş, eləcə də, çirkin şeylərdən istifadə şeytana tabeçilikdir.
4. Bəşərin təbii ehtiyacları şeytanın azğınlıq və qələbəsi üçün zəmindir. Təbii ehtiyacları təmin edərkən büdrəmələrə diqqətli olmaq lazımdır.
5. Şeytan insanı addım-addım azdırır. İlk addımdan ehtiyatlı olmaq lazımdır.
6. Şeytan xalqı çaşdırmaq üçün müxtəlif yollarla meydana girir.
7. Xalqı haramdan istifadəyə məcbur edib, halal nemətləri onların əlindən almaq şeytanın aşkar düşmənçiliklərindəndir.