Əl-Bəqərə surəsi · 148-ci ayə

Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 148
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər bir kəs üçün onun üz tutduğu qiblə var. (Buna görə də qiblə cəhətindən mübahisə etməyin və onun yerinə yaxşılıqda və xeyir əməllərdə bir-birinizi ötün. (Bilin) harada olsanız, Allah hamınızı (məhşərdə) hazır edər. Həqiqətən, Allah hər şeyə qadirdir.
Nöqtələr
"Vichətun” sözünün iki mənası var: Qiblə və yol (üsul). Əgər əksər təfsirçilər kimi bu sözü qiblə kimi mənalandırsaq, ayənin mənası tərcümə etdiyimiz kimi olar. Amma əgər həmin sözü "üsul”, "şivə” kimi mənalandırsaq, ayənin mənası belə olar: Hər bir insan və ya dəstə üçün bir yol var ki, həmin yola çəkilmiş olar və hər kəs bir yolu adlayar. Bu məna "İsra” surəsinin 84-cü ayəsinin mənasına oxşayır.
Bəzi təfsirçilər "ayədəki” huvə” əvəzliyinin Allaha aid olduğunu bildirir. Bu halda ayənin mənası belə olur: Hər kəsin Allah tərəfindən təyin olunmuş qibləsi var.
Xeyir işdə önə keçmək onun dəyərini artırır. Quranda xeyir iş müxtəlif formalarda təbir olunmuşdur. Peyğəmbərlərin vəsfində buyurulur: "Onlar yaxşılıqda sürət götürürlər.”("Fəth”, 2. )
Bəzi rəvayətlərdə uyğun ayə haqqında deyilir: "Əsrin imamının (ə) zühuru zamanı aşiqləri dünyanın müxtəlif yerlərindən gəlib onun hüzurunda cəm olacaqlar.”(Bihar”, c. 22, s. 483. )
Bildirişlər
1. Hər bir ümmətin qibləsi olmuşdur və qiblə məsələsi yalnız müsəlmanlara məxsus deyil.
2. Mənasız söhbətləri boşlayın və diqqətinizi xeyir işlərin yerinə yetirilməsinə yönəldin.
3. Maddi işlərdə rəqabət və yarışma əvəzinə, xeyir işlərdə önə keçmək lazımdır.
4. Qiyamət günü Allah hamını bir yerə toplayacaq. Bu, ilahi qüdrətin izhar nümunələrindəndir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 148-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 148-ci ayəsi nə haqqındadır?
Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhn...
Əl-Bəqərə surəsi 148-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 148-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 148-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 148-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 148-ci ayənin təfsiri nədir?
"Hər bir kəs üçün onun üz tutduğu qiblə var. (Buna görə də qiblə cəhətindən mübahisə etməyin və onun yerinə yaxşılıqda və xeyir əməllərdə bir-birinizi ötün. (Bilin) harada olsanız, Allah hamınızı (məhşərdə) hazır edər. Həqiqətən, Allah hər şeyə qadirdir. Nöqtələr "Vichətun” sözünün iki mənası var: Qiblə və yol (üsul). Əgər əksər təfsirçilər kimi bu sözü qiblə kimi mənalandırsaq, ayənin mənası tərcümə etdiyimiz kimi olar. Amma əgər həmin sözü "üsul”, "şivə” kimi mənalandırsaq, ayənin mənası belə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.