Əl-Bəqərə surəsi - Ayə: 149

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 149
Və haradan (səfərə) çıxsan, (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Şübhəsiz bu, sənin Rəbbin tərəfindən haqq (fərman)dır və Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 149. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 149 MÖHSÜN QƏRAƏTİ.

"(Ey peyğəmbər,) haradan (səfər məqsədi ilə) xaric oldunsa (namaz zamanı) üzünü Məscidül-Hərama doğru çevir. Bu göstəriş sənin Rəbbinin tərəfindən olan haqq göstərişdir. Allah etdiyiniz əməllərdən xəbərsiz deyildir.
Nöqtələr
Əvvəlki ayələrdə Məscidül-Hərama diqət müsəlmanların yaşadığı Mədinə şəhərinə aid idi. Bu ayədə isə belə buyurulur: "Səfərdə olarkən də namaz vaxtı üzünüzü Məscidül-Hərama tutun.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.