Əl-Bəqərə surəsi · 112-cü ayə

Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 112
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bəli, Allaha ixlasla üz tutub, yaxşı iş görənin mükafatı Allahın yanındadır. Onun üçün nə qorxu var, nə də qəmgin olacaq.”
Nöqtələr
Ayə behiştə daxil olma səbəbi kimi Allaha təslim olmağı və xeyir əməli önə çəkir. Yəni behişt boş vədlərə və şüarlara verilmir. Behiştə daxil olmaq üçün iman və saleh əməl lazımdır.
Bildirişlər
1. Behiştə daxil olmaq üçün boş arzu-xəyallara qapılmaq əvəzinə Allaha təslim olmaq, daxilən iman gətirmək və saleh əməl sahibi olmaq lazımdır.
2. Xeyir əməl insanın səciyyəvi xüsusiyyətinə çevrilməlidir. Mövsümi şəkildə, arabir xeyir işlər görmək kafi deyil.
3. Mükafat vermək rübubiyyət şənindəndir.
4. Hər kəs Allaha xalisliklə üz tutsa, həm kamil bəhrə götürər , həm də qəm-qüssədən uzaq olar.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 112-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 112-cü ayəsi nə haqqındadır?
Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.
Əl-Bəqərə surəsi 112-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 112-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 112-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 112-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 112-cü ayənin təfsiri nədir?
"Bəli, Allaha ixlasla üz tutub, yaxşı iş görənin mükafatı Allahın yanındadır. Onun üçün nə qorxu var, nə də qəmgin olacaq.” Nöqtələr Ayə behiştə daxil olma səbəbi kimi Allaha təslim olmağı və xeyir əməli önə çəkir. Yəni behişt boş vədlərə və şüarlara verilmir. Behiştə daxil olmaq üçün iman və saleh əməl lazımdır. Bildirişlər 1. Behiştə daxil olmaq üçün boş arzu-xəyallara qapılmaq əvəzinə Allaha təslim olmaq, daxilən iman gətirmək və saleh əməl sahibi olmaq lazımdır. 2. Xeyir əməl insanın səciyyə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.