Əl-Bəqərə surəsi - Ayə: 111

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 111
Və dedilər: «Cənnətə yəhudi, ya xristiandan başqa əsla heç kəs daxil olmayacaqdır.» Bu, onların xam xəyallarıdır. De: «Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 111. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 111 MÖHSÜN QƏRAƏTİ.

"Dedilər: Yəhudi və məsihi olmayınca heç kim behiştə daxil olmaz. Bu, onların arzusudur. De ki, əgər doğru deyirlərsə, öz dəlillərini gətirsinlər.”
Bildirişlər
1. Dini qürur səbəbindən özlərini üstün irq və behişti özlərinə aid bildilər.
2. İmtiyaz istəyi və özünü üstün bilmək xam və puç arzulardandır.
3. İstənilən bir dəlilsiz iddia qəbuledilməzdir.
4. Hər bir inanc dəlilə əsaslanmalıdır. Quran bütün mövzuları dəlil əsasında bəyan etmişdir. Müxaliflərdən də eyni üsulla hərəkət etmək tələb olunur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.