Əl-Bəqərə surəsi · 103-cü ayə

Əgər onlar iman gətirsəydilər və təqvalı olsaydılar (Allahdan qorxsaydılar) əlbəttə ki, Allah tərəfindən olan savab daha yaxşı olardı, əgər bilsəydilər!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 103
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər onlar iman gətirib, təqvalı olsaydılar, Allahın yanındakı mükafat onlar üçün daha yaxşı olardı. Əgər agahlıqları olsaydı!”
Nöqtələr
Təqva təkcə pisliklərdən çəkinmək deyil, həm də yaxşılığa diqqət və riayətdir. Məsələn, "ittəqunnar” özünü oddan gözləmək, "ittəqullah” Allahın əmrlərinə diqqətli olmaqdır. "İttəqullah və ... ərham” ayəsində qohumlara diqqətli olmaq tapşırılır.
İmam Sadiq (ə) təqva haqqındakı sualın cavabında buyurmuşdur: "Təqva tikanlı yerdən keçərkən ehtiyatlı olmaq kimidir.”
Bildirişlər
1. Təkcə iman kifayət deyil. Təqva və ehtiyat da lazımdır.
2. İlahi mükafatların məhdudiyyəti yoxdur.
3. Allahın mükafatları çətindir. "Ləməsubə” sözündəki lam hərfi buna işarədir.
4. İlahi mükafat hər şeydən üstündür. "Xeyir” sözündən sonra heç nə deyilməməsi mütləq üstünlük nişanəsidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 103-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 103-cü ayəsi nə haqqındadır?
Əgər onlar iman gətirsəydilər və təqvalı olsaydılar (Allahdan qorxsaydılar) əlbəttə ki, Allah tərəfindən olan savab daha yaxşı olardı, əgər bilsəydilər!
Əl-Bəqərə surəsi 103-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 103-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 103-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 103-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 103-cü ayənin təfsiri nədir?
"Əgər onlar iman gətirib, təqvalı olsaydılar, Allahın yanındakı mükafat onlar üçün daha yaxşı olardı. Əgər agahlıqları olsaydı!” Nöqtələr Təqva təkcə pisliklərdən çəkinmək deyil, həm də yaxşılığa diqqət və riayətdir. Məsələn, "ittəqunnar” özünü oddan gözləmək, "ittəqullah” Allahın əmrlərinə diqqətli olmaqdır. "İttəqullah və ... ərham” ayəsində qohumlara diqqətli olmaq tapşırılır. İmam Sadiq (ə) təqva haqqındakı sualın cavabında buyurmuşdur: "Təqva tikanlı yerdən keçərkən ehtiyatlı olmaq kimidir....
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.