Ali-İmran surəsi · 96-cı ayə

Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, xalq üçün təyin olunmuş ilk (ibadət) evi Bəkkə torpağındakı evdir. O, aləmlər üçün bərəkət və hidayət mayasıdır.”
Nöqtələr
Xalqın izdiham məhəlli "bəkkə” adlanır.
Bəni-İsrailin iradlarından biri bu idi ki, nə üçün müsəlmanlar Beytül-Müqəddəsin miladdan min il qabaq həzrət Süleyman tərəfindən tikildiyini bildikləri halda, onu bir kənara qoyub Kəbəni qiblə seçmişlər. Ayədə onlara cavab olaraq buyurulur: "Kəbə ilk gündən ilk ibadət evi olub və o, hər yerdən qədimdir.
İmam Sadiq (ə) "ilkin ev” təbiri haqqında buyurmuşdur: "Məkkə əhli Kəbədən sonra bu yerə toplaşdığı üçün Kəbə daha əvvəlki sayılmalıdır.
Ona görə də Məscidül-həramı genişləndirmək məqsədi ilə Kəbə ətrafındakı evləri uçurmaq olar.("Vəsail”, 12, səh. 17. )
"Təfsire-Əl-mizanda” deyilir: Yerin Kəbədən genişləndirilməsi haqqında rəvayətlər çoxdur. Bu fikrə qarşı heç bir dəlil yoxdur və o Quranla da zidd deyil.("Kafi”, c. 4, səh. 189. )
Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 192-ci xütbəsində buyurur: "Allah Adəmdən başlamış dünya əhlinin son nəfərinədək bütün xalqı Kəbə daşları ilə sınayar.” İmam Baqir (ə) buyurmuşdur: "Həzrət Adəm, Həzrət Süleyman və həzrət Nuh da Kəbə ətrafında həcc əməllərini yerinə yetirmişlər.("Təfsire-bürhan”, c. 1, səh. 300. )
Quranda Kəbə müxtəlif şəkillərdə yad olunmuşdur. Onlardan bəzilərinə nəzər salaq: Kəbə ilk evdir("Ali-İmran”, 96. ), Kəbə xalqın qiyam mərkəzidir("Maidə”, 97. ), Kəbə maliksiz azad evdir("Həcc”, 29. ), Kəbə ictima məhəlli, xalqın əmin-aman evidir.("Bəqərə”, 125. )
Bildirişlər
1. Kəbə xalqın ibadət və duası üçün bünövrəsi qoyulmuş ilk evdir.
2. Məbudların tarixi keçmişi onların dəyər ölçülərindəndir.
3. Kəbənin xeyir və bərəkəti təkcə möminlər üçün yox, hamı üçündür.
4. Xalqın olması Kəbə üçün bir dəyərdir.
5. Kəbə xalqın hidayət mayasıdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 96-cı ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 96-cı ayəsi nə haqqındadır?
Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.
Ali-İmran surəsi 96-cı ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 96-cı ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 96-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 96-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 96-cı ayənin təfsiri nədir?
"Həqiqətən, xalq üçün təyin olunmuş ilk (ibadət) evi Bəkkə torpağındakı evdir. O, aləmlər üçün bərəkət və hidayət mayasıdır.” Nöqtələr Xalqın izdiham məhəlli "bəkkə” adlanır. Bəni-İsrailin iradlarından biri bu idi ki, nə üçün müsəlmanlar Beytül-Müqəddəsin miladdan min il qabaq həzrət Süleyman tərəfindən tikildiyini bildikləri halda, onu bir kənara qoyub Kəbəni qiblə seçmişlər. Ayədə onlara cavab olaraq buyurulur: "Kəbə ilk gündən ilk ibadət evi olub və o, hər yerdən qədimdir. İmam Sadiq (ə) "ilk...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.