Ali-İmran surəsi · 82-ci ayə

Buna görə də kim bundan (bu əhd-peymandan) sonra üz döndərsə, məhz onlar itaətsizdirlər!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 82
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Bundan (əhddən) sonra üz döndərən kəslər həmin günahkarlardır.

Nöqtələr
Peyğəmbər məktəbləri arasındakı fərq iki ustad və ya hakimin proqramları arasındakı fərq kimidir. Onlar elmi və siyasi məsələlərin əsasında vahid cəhətə malikdirlər. Amma cüzi məsələlərdə şagirdlərin və ya məntəqələrin fərqli cəhətlərini nəzərə alaraq fərqli proqramlar irəli sürürlər.("Təfsire-Məraği”.)
Həzrət Əli (ə) buyurmuşdur: "Allah əvvəlki peyğəmbərlərdən əhd aldı ki, xalqa İslam peyğəmbərinin besəti və xüsusiyyətləri haqqında xəbər versinlər. Onlara həzrət Məhəmmədi (s) qəbul etmək əmr olundu.("Təfsire-Məcməül-bəyan”. ) İmam Sadiq (ə) buyurmuşdur: "81-ci ayədəki "caəkum rəsulun musəddiqun” təbiri İslam peyğəmbərinə işarədir.”("Təfsire-Nurus-səqəleyn”.)
Bildirişlər
1. İlahi rəhbərlikdə əhd almaq məsuliyyət tapşırmaq, vəzifəyə təyin etməyin şərtidir.
2. Harada iş çətindirsə, əhd almaq zəruridir. Mövcud ayin və sünnədən üz çevirmək və yeni zühur etmiş şəxsə iman gətirmək sadə məsələ deyil. Ona görə də Allah əhd alır.
3. Son peyğəmbərin gəlişi qətidir. Ona görə də bəzi peyğəmbərlərdən yox, bütün peyğəmbərlərdən əhd alınmışdır.
4. Nübuvvət cərəyanı təfriqə səbəbi yox, vəhdət əsasıdır.
5. Peyğəmbərlər müştərək hədəfə malik olmuşlar. Ona görə də əvvəlki peyğəmbərlər sonrakı peyğəmbərin gəlişni müjdə verirdilər. Onların hər biri özündən sonrakı peyğəmbərə iman və yardımı əhd etmişlər. Sonrakı peyğəmbərlər də əvvəlki peyğəmbərləri təsdiq etmişlər.
6. Qədimdəkilər yeniləri təhvil götürür, onları xalqa tanıtdırır, gələcəkdəkilər üçün inkişaf zəminəsi hazırlayırdılar.
7. İman təklikdə kafi deyil, həm də himayə lazımdır.
8. Peyğəmbərlər arasında mərtəbələr silsiləsi var. Son peyğəmbər ("xatəmən-nəbiyyin”) onların şərəflisidir. Ona görə bütün peyğəmbərlər ona iman gətirib, onu himayə etməlidirlər.
9. Əgər əvvəlki peyğəmbərlər İslam peyğəmbərinə iman gətirməli və onu himayə etməlidirlərsə, onların ardıcılları da eyni cür hərəkət etməlidirlər.
10. İmandan qaynaqlanan himayə dəyərlidir.
11. Ən əsası təslim ruhuna malik olmaq və haqqı qəbul etməkdir. Əməl üçün şərait yaranmaya da bilər. Əvvəlki peyğəmbərlər İslam peyğəmbərinin dövrünü görmədilər. Amma həmin ruhiyyəyə malik idilər. Məsələn, şəhid olmaq bir məsələdir, şəhadətə hazır olmaq isə başqa bir məsələ. Allah-təala İsmailin qanının axıdılmasını istəmir. Amma istəyir ki, İbrahim öz övladını qurban verməyə hazır olsun. Bəlkə də biz həzrət Məhdinin (ə) zühur dövrünü görməyək. Amma zühur intizarı, həzrətə eşq və əlaqə onlarla ayə və rəvayətlərdə sifariş olunmuş bir səciyyədir.
12. Əhdini pozan günahkardır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 82-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 82-ci ayəsi nə haqqındadır?
Buna görə də kim bundan (bu əhd-peymandan) sonra üz döndərsə, məhz onlar itaətsizdirlər!
Ali-İmran surəsi 82-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 82-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 82-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 82-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 82-ci ayənin təfsiri nədir?
"Bundan (əhddən) sonra üz döndərən kəslər həmin günahkarlardır. Nöqtələr Peyğəmbər məktəbləri arasındakı fərq iki ustad və ya hakimin proqramları arasındakı fərq kimidir. Onlar elmi və siyasi məsələlərin əsasında vahid cəhətə malikdirlər. Amma cüzi məsələlərdə şagirdlərin və ya məntəqələrin fərqli cəhətlərini nəzərə alaraq fərqli proqramlar irəli sürürlər.("Təfsire-Məraği”.) Həzrət Əli (ə) buyurmuşdur: "Allah əvvəlki peyğəmbərlərdən əhd aldı ki, xalqa İslam peyğəmbərinin besəti və xüsusiyyətləri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.