"Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki göylərdə və yerdə olanların hər biri istər-istəməz yalnız Ona təslimdir və Ona doğru qaytarılacaq.”
«Göylərin və yerin mövcudları hamılıqla Allaha təslimdirlər.» Peyğəmbərin haqq olmasına iman və şəhadətdən, aşkar möcüzələr və dəlillər gəldikdən sonra yenə kafir olanları Allah necə hidayət etsin?! Allah zalım qövmü hidayət etməz.
İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: «Bizim Qaimimiz qiyam edən zaman bütün ölkələrdən «La ilahə illəllah, Muhəmmədun rəsulullah» şüarı yüksələcək.»(Təfsire Əyyaşi, c.1.s.183. )
1. Hidayət dəlilləri artdıqca və aydınlaşdıqca küfr və etinasızlıq təhlükəli olur.
2. İman gətirmək kifayət deyil. İmanın davamı və xoş aqibət zəruridir. İman gətirmiş insan üçün daim dindən çıxmaq təhlükəsi var.
3. Müsəlmanlardan bir dəstəsi həzrət Peyğəmbərin (s) dövründə mürtəd oldu (dindən çıxdı).
4. Haqqa, məntiqə, əqlə, peyğəmbərə və aşkar dəlillərə arxa çevirmək zülmdür. Belə zülm ilahi lütf dairəsindən çıxmaq səbəbidir.
5. Zalımların hidayətdən məhrum edilməsi Allahın sünnəsi, qaydasıdır. («La yəhdi» cümləsi davam və ilahi sünnə nişanəsidir.)
6. Mürtəd üçün tövbə və geriyə dönüş çox çətindir.
7. Bixəbər kafirlərin hidayəti xəbərdar kafirlərin hidayətindən daha asan və yaxındır.
8. İlahi hidayətdən bəhrələnmə və ya ondan məhrum olma öz əlimizdədir.