Ali-İmran surəsi · 69-cu ayə

Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 69
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kitab əhlindən bir dəstə sizi azdırmaq istəyindədirlər. Amma yalnız özlərini azdırırlar və (bunu) anlamırlar.”
Nöqtələr
Bu və bundan sonrakı üç ayədə düşmənin ideoloji hücumlarının, müsəlmanları dindən çıxarmaq üçün qurduğu qurğuların simasını görürük. Bu ayə onların məktəb düşmənçiliyindən, növbəti ayə onların inadkarlıq və küfründən, yetmiş birinci ayə onların haqqı ört-basdır etməsindən, yetmiş ikinci ayə onların aldadıcı üslublarından danışır. Zülmətdən baş qaldırmış ideoloji bir hücum haqqı gizlətmə, xalqın əqidəsini sual altına alıb onu süstləşdirmə üsullarından qaynaqlanır.
Bildirişlər
1. Allah din düşmənlərinin planlarını ifşa və rüsvay edir.
2. Düşməni və onun proqramını tanıma onun zərərlərindən amanda qalmaq üçün şərtdir.
3. Əqidə və ideoloji hücumun təhlükəsi ciddidir.
4. Müxaliflərin ikiüzlü bəyanatlarına etimad göstərməyin. Onlar qəlbən sizi azdırmaq fikrindədirlər.
5. Mühakimə yürüdərkən insafı yaddan çıxartmayın. Kitab əhlinin hamısı yox, bir qrupu uyğun arzudadır.
6. Elə bir iş görməlisiniz ki, düşmənin arzusu gözündə qalsın. "Ləv” sözü bir iş mümkünsüz olduqda işlədilir.
7. Başqalarını azdırmaq fikrində olanlar ilk öncə özləri hiylə, nifaq, kin, böhtan və qurğuya düçar olurlar.
8. Başqalarının azğınlığı istəyində olmaq özü böyük bir əxlaqi nöqsandır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 69-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 69-cu ayəsi nə haqqındadır?
Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır).
Ali-İmran surəsi 69-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 69-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 69-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 69-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 69-cu ayənin təfsiri nədir?
"Kitab əhlindən bir dəstə sizi azdırmaq istəyindədirlər. Amma yalnız özlərini azdırırlar və (bunu) anlamırlar.” Nöqtələr Bu və bundan sonrakı üç ayədə düşmənin ideoloji hücumlarının, müsəlmanları dindən çıxarmaq üçün qurduğu qurğuların simasını görürük. Bu ayə onların məktəb düşmənçiliyindən, növbəti ayə onların inadkarlıq və küfründən, yetmiş birinci ayə onların haqqı ört-basdır etməsindən, yetmiş ikinci ayə onların aldadıcı üslublarından danışır. Zülmətdən baş qaldırmış ideoloji bir hücum haqq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.