Ali-İmran surəsi · 65-ci ayə

Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 65
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey kitab əhli! Nə üçün İbrahim haqqında höcətləşirsiniz? (Hər biriniz onu öz dininizdən sayırsınız?) Halbuki Tövrat və İncil ondan sonra nazil olmuşdur. Nə üçün düşünmürsünüz?”
Nöqtələr
Həm yəhudilər, həm də məsihilər İbrahimi öz dinlərinə aid edirdilər. Bu mübahisələr o qədər qızışmışdı ki, Quran növbəti iki ayədə bu məsələyə münasibətini açıqladı. Ayə onların iddialarını rədd edərək bildirir: İbrahim onun vaxtında nazil olmamış bir kitaba necə tabe ola bilərdi?! Axı o, Tövrat və İncildən qabaq olmuşdur. Heç olmasa dediklərinizi tarixlə tutuşdurun.
Bildirişlər
1. Moizə zamanı qarşı tərəfin sabit ləqəblərindən və əqidə ünvanlarından istifadə edin.
2. Elm və kitab elə bir dəyərə malikdir ki, ona yaxın olanlar da möhtərəm sayılır. Kitab əhli, qələm əhli, elm əhli bu qəbildəndir.
3. Öz mövqeyinizi sübuta yetirmək üçün böyük şəxsiyyətləri özünüzə aid etməyə çalışmayın. Şəxsiyyətləri özünüzə aid etmək əvəzində onların yoluna tabe olun.
4. Öz iddialarınızı məniq, fitrət və tarixlə sübuta yetirin.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 65-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 65-ci ayəsi nə haqqındadır?
Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!
Ali-İmran surəsi 65-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 65-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 65-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 65-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 65-ci ayənin təfsiri nədir?
"Ey kitab əhli! Nə üçün İbrahim haqqında höcətləşirsiniz? (Hər biriniz onu öz dininizdən sayırsınız?) Halbuki Tövrat və İncil ondan sonra nazil olmuşdur. Nə üçün düşünmürsünüz?” Nöqtələr Həm yəhudilər, həm də məsihilər İbrahimi öz dinlərinə aid edirdilər. Bu mübahisələr o qədər qızışmışdı ki, Quran növbəti iki ayədə bu məsələyə münasibətini açıqladı. Ayə onların iddialarını rədd edərək bildirir: İbrahim onun vaxtında nazil olmamış bir kitaba necə tabe ola bilərdi?! Axı o, Tövrat və İncildən qaba...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.