Ali-İmran surəsi · 6-cı ayə

Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 6
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"O, sizi bətinlərdə istədiyi şəklə salan kəsdir. İqtidar və hikmət sahibi olan Allahdan savay məbud yoxdur”.
Nöqtələr
Körpənin bətndə formalaşması Allahın qəyyumluğunun digər bir nişanəsidir. Bu barədə əvvəlki ayələrdə oxuduq.
Ana bətnində insanın formalaşması mövzusu kitabın iki nüzul ayəsi arasında gəlmişdir. Bu, ana bətnində insana diqqət göstərən Allahın gələcəkdə də onun üçün ilahi qanunlar və səmavi kitablarla inkişaf şəraiti yaratması rəmzi ola bilər.
İnsanın formalaşmasında irsi, sağlamlıq, qidalanma və ya psixoloji amillərin təsiri də ilahi sünnələrdəndir və Allahın qüdrət, tədbir, hikmət dairəsindən kənar deyil.
Bildirişlər
1. Yaranış və şəriət qanunlarının mənşəyi eynidir. Sizin hidayətiniz üçün kitab göndərən həmin Kəsdir ki, sizi yaratmışdır.
2. Ana bətnində insanın formalaşması yalnız Onun əlindədir.
3. Əgər insana surət, forma verən Odursa, bir-birinizi zahiri görkəminizə görə qınamayın.
4. Onun qüdrəti məkan və zaman məhdudiyyətinə sığmır.
5. İnsanın öz yaranışı haqqında düşünməsi onun Allaha iman gətirməsi səbəbidir.
6. Allah hər işə qadir olsa da, hikmətsiz iş görmür.
7. Fərdlərin müxtəlif surətlərdə olması Allahın qüdrət və hikmət nişanəsidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 6-cı ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 6-cı ayəsi nə haqqındadır?
Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.
Ali-İmran surəsi 6-cı ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 6-cı ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 6-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 6-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 6-cı ayənin təfsiri nədir?
"O, sizi bətinlərdə istədiyi şəklə salan kəsdir. İqtidar və hikmət sahibi olan Allahdan savay məbud yoxdur”. Nöqtələr Körpənin bətndə formalaşması Allahın qəyyumluğunun digər bir nişanəsidir. Bu barədə əvvəlki ayələrdə oxuduq. Ana bətnində insanın formalaşması mövzusu kitabın iki nüzul ayəsi arasında gəlmişdir. Bu, ana bətnində insana diqqət göstərən Allahın gələcəkdə də onun üçün ilahi qanunlar və səmavi kitablarla inkişaf şəraiti yaratması rəmzi ola bilər. İnsanın formalaşmasında irsi, sağlaml...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.