Ali-İmran surəsi · 55-ci ayə

(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 55
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Xatırla,) o zaman ki, Allah buyurdu: "Ey İsa! Mən səni (yerdən) götürüb Özümə doğru qaldıraram və səni kafir olanlardan pak edərəm. Qiyamət gününədək sənin ardıcıllarını kafirlərdən üstün edərəm. Sonra qayıdışınız Mənə doğrudur. İxtilafda olduğunuz məsələlərdə aranızda hakimlik edəcəyəm.”
Nöqtələr
Kafirlərin məkri qarşısında Allahın tədbiri bu ayədə bəyan olunmuşdur.
İmam Baqir (ə) buyurmuşdur: " Həzrət İsanın meracı mübarək ramazan ayının iyirmi birinci gecəsi baş verdi.("Təfsire-Nurus-səqəleyn”. )
Bildirişlər
1. Başqa peyğəmbərlər üçün də merac olmuşdur.
2. Kafirlərin yəhudilərə qələbəsi barədə qeybi xəbər Quranın möcüzələrindəndir.
3. Məsihilərin yəhudilərə qələbəsi barədə qeybi xəbər Quranın möcüzələrindəndir.
4. Peyğəmbərlərin ardıcılı olmaq qələbə rəmzidir.
5. İslamın bütün dünyaya ünvanlanması İslamın pənahındakı məzhəbi azlıqların vücudu ilə zidd deyil. "Qiyamət gününədək” təbirindən aydın olur ki, yəhudi və məsihilər qiyamət gününə qədər mövcud olasıdırlar.
6. Hamının qayıdışı Allaha doğrudur və O, sorğu-sualsız hakimdir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 55-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 55-ci ayəsi nə haqqındadır?
(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kaf...
Ali-İmran surəsi 55-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 55-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 55-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 55-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 55-ci ayənin təfsiri nədir?
"(Xatırla,) o zaman ki, Allah buyurdu: "Ey İsa! Mən səni (yerdən) götürüb Özümə doğru qaldıraram və səni kafir olanlardan pak edərəm. Qiyamət gününədək sənin ardıcıllarını kafirlərdən üstün edərəm. Sonra qayıdışınız Mənə doğrudur. İxtilafda olduğunuz məsələlərdə aranızda hakimlik edəcəyəm.” Nöqtələr Kafirlərin məkri qarşısında Allahın tədbiri bu ayədə bəyan olunmuşdur. İmam Baqir (ə) buyurmuşdur: " Həzrət İsanın meracı mübarək ramazan ayının iyirmi birinci gecəsi baş verdi.("Təfsire-Nurus-səqəle...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.