Ali-İmran surəsi - Ayə: 54

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 54
Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 54. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 54 MÖHSÜN QƏRAƏTİ.

"(İsanın düşmənləri) öz tədbirlərini (onu qətlə yetirmək üçün) işə saldılar. Allah da öz tədbirini işə saldı. Allah ən yaxşı tədbir görəndir.”
Nöqtələr
İmam Riza (ə) buyurmuşdur: "Allahın məkri” dedikdə məkr və hiylənin cəzası nəzərdə tutulur. Allah məkr əhli deyil ki, bu ifadə başqa şəkildə təbir olunsun.(Uyune-əxbarir-Riza”, c. 1, səh. 126. )
Ayədə ilahi sünnələrdən birinə işarə olunsa da, əvvəlki ayəyə əsasən, həzrət İsa Bəni-İsrailin küfrünü hiss etdi. İsanın göyə aparılmasını bildirən növbəti ayəyə görə, burada məkr» dedikdə həzrət İsanın qətlə yetirilmə qurğusu nəzərdə tutulur. Həzrət İsanın zamanında bir dəstə kafir onu qətlə yetirmək fikrinə düşdü, hətta onun həbsinə kömək edən şəxs üçün mükafat da təyin etmişdilər. Bütün bunlar həzrət İsanın edamı və dara çəkilməsi üçün idi. Amma Allah onların planını pozdu və İsaya ən üstün şəkildə nicat verdi”.
Bildirişlər
1. Allah öz övliyalarının dayağıdır.
2. İnsanın tədbir və hərəkəti ya qəzəb, ya da lütf səbəbidir.
3. İlahi cəza insanın günahına mütənasib olur.
4. Allahın iradə və tədbiri bütün səy və təlaşların fövqündədir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.