Ali-İmran surəsi · 51-ci ayə

«Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Ona pərəstiş edin, bu, doğru yoldur.”
Nöqtələr
Hazırda İsanı Allahın oğlu kimi tanıtdıran incillərin ziddinə olaraq, Quran "mənim Rəbbim və sizin Rəbbiniz” ifadəsini həzrət İsanın dilindən nəql edir və bununla da yanlış təfəkkürlərin və həzrət İsa haqqında yersiz iddiaların qarşısını alır. Çünki Allah həm İsanın, həm də başqalarının Rəbbidir.
Bir halda ki, hansısa yolu getməliyik, Allahın və Ona bəndəliyin doğru və azğınlıqdan uzaq yolunu qəbul edək. Çünki digər yollarda büdrəmələr, məhdudiyyətlər və zalım hakimlərin nəfs istəyinə tabeçilik var.
Bildirişlər
1. Bizim ibadətimizin fəlsəfəsi Allahın rübubiyyətidir.
2. İsa məxluq olmaqda və tərbiyəyə tabeçilikdə başqaları kimidir.
3. Allaha ibadət və bəndəlik həqiqi səadət yoludur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 51-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 51-ci ayəsi nə haqqındadır?
«Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»
Ali-İmran surəsi 51-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 51-ci ayənin təfsiri nədir?
"Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Ona pərəstiş edin, bu, doğru yoldur.” Nöqtələr Hazırda İsanı Allahın oğlu kimi tanıtdıran incillərin ziddinə olaraq, Quran "mənim Rəbbim və sizin Rəbbiniz” ifadəsini həzrət İsanın dilindən nəql edir və bununla da yanlış təfəkkürlərin və həzrət İsa haqqında yersiz iddiaların qarşısını alır. Çünki Allah həm İsanın, həm də başqalarının Rəbbidir. Bir halda ki, hansısa yolu getməliyik, Allahın və Ona bəndəliyin doğru və azğınlıqdan uzaq yo...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.