Ali-İmran surəsi · 45-ci ayə

(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Xatırla,) o zaman ki, mələklər dedilər: Ey Məryəm! Həqiqətən, Allah Məsih - Məryəm oğlu İsa adlı kəlmə və nişanə ilə sənə müjdə verir. O kəs ki, dünya və axirətdə möhtərəmdir və (Allaha) yaxınlardandır.”
Nöqtələr
Quranda həzrət İsa "kəlmə” sözü ilə yad edilir. Quran dilində bu söz "məxluq” mənasını verir. Necə ki, "Kəhf” surəsinin 109-cu ayəsində buyurulur: "Əgər ilahi kəlmələri yazmaq üçün dəryalar mürəkkəb olsa, onlar tükənər, amma ilahi kəlmələr tükənməz.”
"Dünya və axirətdə hörmətli” vəsfi Quranda yalnız həzrət İsa haqqında işlədilmişdir. Bu sifət digər heç bir kəsə aid edilməmişdir.
Bildirişlər
1. Qadının məqamı elə bir dərəcəyə çata bilər ki, Allah mələklər vasitəsi ilə onunla danışar.
2. Övlad bir nemətdir.
3. İsa Allahın oğlu yox, Onun məxluqudur. Amma o, yetərincə böyük və tanınmamış bir məxluqdur.
4. Allah Öz övliyalarına onlar dünyaya gəlməmiş ad qoyur.
5. Məryəmin doğduğu və bətnində bir dövr yaşamış varlıq Allahın övladı ola bilərmi?!
6. Dünyəvi ehtiram da bir dəyərdir və onu əldə etməyin eybi yoxdur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 45-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 45-ci ayəsi nə haqqındadır?
(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır».
Ali-İmran surəsi 45-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 45-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 45-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 45-ci ayənin təfsiri nədir?
"(Xatırla,) o zaman ki, mələklər dedilər: Ey Məryəm! Həqiqətən, Allah Məsih - Məryəm oğlu İsa adlı kəlmə və nişanə ilə sənə müjdə verir. O kəs ki, dünya və axirətdə möhtərəmdir və (Allaha) yaxınlardandır.” Nöqtələr Quranda həzrət İsa "kəlmə” sözü ilə yad edilir. Quran dilində bu söz "məxluq” mənasını verir. Necə ki, "Kəhf” surəsinin 109-cu ayəsində buyurulur: "Əgər ilahi kəlmələri yazmaq üçün dəryalar mürəkkəb olsa, onlar tükənər, amma ilahi kəlmələr tükənməz.” "Dünya və axirətdə hörmətli” vəsfi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.