"Bunlar sənə vəhy ilə çatdırdığımız qeybi xəbərlərdəndir. Onlar Məryəmi himayəyə götürmək üçün (püşk olaraq) qələmlərini suya atdıqda sən onların yanında deyildin. (Bu hamilik üstə) mübahisə etdikləri vaxt sən onların yanında yox idin.”
Qeyd olunduğu kimi, Məryəm dünyaya gəlməmiş anası onu Beytül-Müqəddəsə xidmətçi verəcəyini nəzir etmişdi. Ona görə də övladını dünyaya gətirdikdən sonra onu bir parçaya büküb məscidə apardı və Bəni-İsrail başçılarına dedi: "Bu uşaq məscidə nəzir olunub.” Bu qadın möhtərəm bir ailədən olduğu üçün uşağa himayədarlıq üstündə mübahisə başlandı və iş püşk atmağa gedib çıxdı.
1. Peyğəmbərlər Allah tərəfindən bəzi qeybi xəbərlərdən agah olurlar.
2. Quran hekayələri yalnız vəhy vasitəsi ilə peyğəmbərə çatırdı. Ondan qabaq bu mövzu nə bir kitabda vardı, nə də kimsə bundan xəbərdar idi.
3. Keçmişdəkilərin tarixini öyrənmə yollarından biri vəhydir.
4. İxtilafların həll yollarından biri də püşk atılmasıdır. İmam Baqir (ə) buyurmuşdur: "İlk dəfə haqqında püşk atılan kəs Məryəm olmuşdur. Bu püşk onun yetimliyi dövrünə təsadüf etmişdir.(Mən la yəhzurul-fəqih”, c. 3, səh. 51; "Bihar” , c. 14, səh. 192)
5. Ananın bir fədakarlığı və övlad üçün bir bu qədər kəramət!
6. Böyüklər müqəddəs məsuliyyətlərin qəbulunda bir-birləri ilə rəqabət aparırlar.