Ali-İmran surəsi · 31-ci ayə

De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 31
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər,) de ki, əgər Allahı sevirsinizsə, mənə itaət edin, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır.”
Nöqtələr
Peyğəmbərin məqamı və ona itaətin zəruriliyi haqqında Quranda oxuyuruq: "Hər kəs peyğəmbərə itaət etsə, Allaha itaət etmişdir.” ("Nisa”, 80) Digər bir ayədə buyurulur: "Ona beyət, Allaha beyətdir.” ("Fəth”, 10)
Bir şəxs imam Sadiqə (ə) ərz etdi: "Canım sənə fəda olsun, biz övladlarımıza sizin və ata-babalarınızın adını qoyuruq. Bunun bizim üçün bir faydası varmı?” Həzrət buyurdu: "Məgər din məhəbbət deyilmi?!” Sonra imam Allahın bir buyruğunu dəlil gətirmişdir.(bax: "Təfsire-Əyyaşi”, c. 1, s. 167. )
1. Hər bir iddia əməl vasitəsi ilə sübuta yetir.
2. Allahın övliyalarına itaət Allaha iman şərtidir.
3. Əməldə süst olan insanın əslində məhəbbət sütunları süstdür.
4. Cəmiyyətin islahında mərhəmət hisslərindən faydalanaq.
5. Həzrət peyğəmbərin əməli, sözü və sükutu höccətdir və itaət ediləsidir.
6. Peyğəmbər məsumdur. Qeyri-məsuma nə üçün-niyəsiz itaət əsassızdır.
7. Allah sevgisinə ehtiyac duyursunuzsa, Onun rəsulunun sünnətinə əməl etməlisiniz.
8. İnsan elə bir məqama çata bilər ki, onun razılığı Allahın razılığı olsun, ona itaət Allaha itaət olsun.
9. İlahi dinin bəşər qanunlarından üstünlüyü ondakı məhəbbət ünsürləri, əməl nümunələri və qanunçuluq səlahiyyətidir.
10. Ən üstün mükafat mənəvi mükafatdır. Möminlər üçün ən üstün mükafat Allahın sevgisi və Onun mərhəmətinə layiq olmaqdır.
11. Pisliklərin üzərinə pərdə çəkib, mərhəmətlə rəftar etmək dostluq nişanəsidir.
12. Yaxşı işlər günahların bağışlanması səbəbidir.
13. Peyğəmbərə itaət ilahi əfvə çatmaq səbəbidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 31-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 31-ci ayəsi nə haqqındadır?
De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır».
Ali-İmran surəsi 31-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 31-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 31-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 31-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 31-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər,) de ki, əgər Allahı sevirsinizsə, mənə itaət edin, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır.” Nöqtələr Peyğəmbərin məqamı və ona itaətin zəruriliyi haqqında Quranda oxuyuruq: "Hər kəs peyğəmbərə itaət etsə, Allaha itaət etmişdir.” ("Nisa”, 80) Digər bir ayədə buyurulur: "Ona beyət, Allaha beyətdir.” ("Fəth”, 10) Bir şəxs imam Sadiqə (ə) ərz etdi: "Canım sənə fəda olsun, biz övladlarımıza sizin və ata-babalarınızın adını qoyuruq. Bunun ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.