"Elə bir gün ki, hər kəs etdiyi yaxşı işləri hazır görəcək və etdiyi pis işlərlə öz arasında uzaq məsafə olmasını arzulayacaq. Allah sizi (əmri ilə müxalifətçilikdən) çəkindirir. Allah bəndələrlə mehribandır.”
Əvvəlki ayədə Allahın elm və qüdrətindən danışıldı. Bu ayə isə həmin elm və qüdrətin nümunəsini bəyan edir. Hazırkı ayə "Kəhf” surəsinin 49-cu ayəsinə oxşayır. Həmin ayədə buyurulur: "Qiyamət günü bütün xalq öz əməllərini qarşısında hazır görər”. "Təfsire-Bürhan”da nəql olunur ki, imam Səccad (ə) hər cümə günü peyğəmbər məscidində moizə zamanı xalq üçün bu ayəni tilavət edərdi.
1. İnsanın əməlləri yox olub getmir. Həmin əməllər qiyamət günü insanın qarşısında hazır olur.
2. Qiyamətdə əməllərin hüzuruna olan etiqad insanı günahdan çəkindirir.
3. Günahkarlar qiyamət günü öz əməllərindən xəcalət çəkirlər. Amma bunun nə faydası?
4. Dünya həyatında insanın həvəs göstərdiyi bir çox əməllər qiyamətdə onun nifrətinə tuş gələr.
5. Qiyamət günü peşmançılığın faydası yoxdur və arzular həyata keçmir. Ayədəki "ləv” sözü mümkünsüz arzular haqqında işlədilmişdir.
6. Allah qorxusu günaha mane olur.
7. İlahi xəbərdarlıqların qaynağı Allahın məhəbbət və mərhəmətidir.
8. Qorxu və ümid birlikdə tərbiyəvi rola malikdir. Ümid təklikdə qürur doğurur. Qorxu isə təklikdə insanda tənhalıq hissini alovlandırır.
9. Allahın lütf və mərhəməti Onun bütün bəndələrinə aiddir.