Ali-İmran surəsi · 24-cü ayə

Bu onların «(axirətdə Cəhənnəm) od(u) bizə bir neçə gündən artıq əsla dəyməz» demələrinə görədir. (Onların yəhudilərin cəhənnəmdə babalarının buzova sitayiş etdikləri günlərin sayı qədər qalacağı barəsində) uydurduqları iftira onları dinlərində aldatmışdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bunun (asiliklərin) səbəbi o idi ki, kitab əhli deyirdi: Cəhənnəm odu bir neçə gündən çox bizi yandırmaz... Bu iftiraları onları dinlərində aldadılmış etdi.”
Nöqtələr
Quranda yəhudilərin puç şüarları və batil xəyallarına dəfələrlə işarə olunmuşdur. Onlar deyirdilər: "Biz üstün irqik, Allahın əzizləriyik və qiyamətdə babalarımızın buzova pərəstiş etdiyi qırx gündən artıq əzab görmərik.” Bu puç xəyallar onlarda qürur doğurur, onları azğınlığa aparır. Bu günkü israillilər də özlərini üstün irq sayır və bu istiqamətdə heç bir zülmdən çəkinmirlər.
Bildirişlər
1. Dönüklüyün səbəbi xürafi və əsassız əqidələrdir.
2. İnsanın özünü istər din, istər soy baxımından üstün tutması qadağandır.
3. İnsanın özünü cəzadan amanda bilməsi azğınlıq səbəbidir.
4. Yəhudilər qiyamət və cəhənnəmi qəbul edir, öz günahlarını etiraf edirdilər.
5. Allah məhkəməsində bütün xalqlar eynidir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 24-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 24-cü ayəsi nə haqqındadır?
Bu onların «(axirətdə Cəhənnəm) od(u) bizə bir neçə gündən artıq əsla dəyməz» demələrinə görədir. (Onların yəhudilərin cəhənnəmdə babalarının buzova sitayiş etdikləri günlərin sayı qədər qalacağı barəsində) uydurduqları iftira onları dinlərində aldatmışdır.
Ali-İmran surəsi 24-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 24-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 24-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 24-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 24-cü ayənin təfsiri nədir?
"Bunun (asiliklərin) səbəbi o idi ki, kitab əhli deyirdi: Cəhənnəm odu bir neçə gündən çox bizi yandırmaz... Bu iftiraları onları dinlərində aldadılmış etdi.” Nöqtələr Quranda yəhudilərin puç şüarları və batil xəyallarına dəfələrlə işarə olunmuşdur. Onlar deyirdilər: "Biz üstün irqik, Allahın əzizləriyik və qiyamətdə babalarımızın buzova pərəstiş etdiyi qırx gündən artıq əzab görmərik.” Bu puç xəyallar onlarda qürur doğurur, onları azğınlığa aparır. Bu günkü israillilər də özlərini üstün irq say...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.