Ali-İmran surəsi - Ayə: 25

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 25
Belə isə, barəsində heç bir şəkk-şübhə olmayan bir gündə onları topladığımız və hər kəsə kəsb etdiyinin əvəzi (və ya əməlin zahiri təcəssümü) tam və kamil şəkildə – onlara zülm olunmadan, mükafatlarından kəsilmədən və cəzaları artırılmadan verilən zaman halları necə olacaq?.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 25. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 25 MÖHSÜN QƏRAƏTİ.

"Biz onları heç bir şəkk-şübhə olmayan gündə bir yerə toplayacağımız vaxt halları necə olacaq? Hər kəsə qazandığı müqabilində mükafat və cəza veriləcək və onlara zülm olunmayacaq.”
Bildirişlər
1. Qiyaməti yaddan çıxarmayın və xürafatları bir kənara qoyun.
2. Mükafat və cəza arzu və güman əsasında yox, əməl əsasında olur.
3. Heç bir əməl yox olmur və vaxtında sahibinə qaytarılır.
4. İlahi mühakimə ədalət əsasında qurulur və hər kəs öz cəzasını alır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.