Ali-İmran surəsi · 19-cu ayə

Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah yanında (qəbul olunası) din İslamdır. Kitab əhli ixtilaf etmirdi. Bu onlara elm hasil olduqdan sonra baş verdi. (Bu ixtilaf) onların arasındakı həsəd və düşmənçilikdən doğdu. Kim Allahın ayələrinə küfr etsə, (bilsin ki,) həqiqətən, Allah tez hesab çəkəndir.”
Bildirişlər
1. Allahın birliyinə, ədalətinə, izzətinə və hikmətinə iman insanın Onun hüzurunda təslim olması zəminəsidir.
2. Allah qarşısında təslimçiliyin şərti İslamın son ilahi din kimi qəbul olunmasıdır.
3. Həqiqət dairəsindən çıxmaq ixtilafların yaranmasına səbəb olur.
4. Bir çox məzhəbi ixtilafların qaynağı cəhalət və nadanlıq yox, həsəd və zülmdür.
5. Həsəd küfr zəminəsidir.
6. Kitab və elm təklikdə qurtuluşu təmin etmir.
7. Bilərəkdən ixtilaf törədənlər tezliklə öz paylarını alasıdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 19-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 19-cu ayəsi nə haqqındadır?
Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdü...
Ali-İmran surəsi 19-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 19-cu ayənin təfsiri nədir?
"Həqiqətən, Allah yanında (qəbul olunası) din İslamdır. Kitab əhli ixtilaf etmirdi. Bu onlara elm hasil olduqdan sonra baş verdi. (Bu ixtilaf) onların arasındakı həsəd və düşmənçilikdən doğdu. Kim Allahın ayələrinə küfr etsə, (bilsin ki,) həqiqətən, Allah tez hesab çəkəndir.” Bildirişlər 1. Allahın birliyinə, ədalətinə, izzətinə və hikmətinə iman insanın Onun hüzurunda təslim olması zəminəsidir. 2. Allah qarşısında təslimçiliyin şərti İslamın son ilahi din kimi qəbul olunmasıdır. 3. Həqiqət dair...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.