Əsas məzmuna keç

Ali-İmran surəsi - 20-cu Ayə

Surə 3
Ayə 20

Azərbaycan dilində tərcümə

Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.
Tam Surə

Ali-İmran surəsi 20-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 20

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər səninlə höcətləşməyə başlasalar, onlara de ki, mən və ardıcıllarım Allaha təslim olmuşuq. Kitab əhlinə (yəhudi və məsihilərə) və ümmilərə (savadsız Məkkə müşriklərinə) de ki, siz də Allah qarşısında təslim olmusunuzmu? Əgər təslim olub İslama gəlmişlərsə, həqiqətən, hidayət olmuşlar. Əgər boyun qaçırmışlarsa, (nigaran olma, çünki) sənin vəzifən yalnız ilahi dəvəti çatdırmaqdır. Allah Öz bəndələrinin halını görəndir.”
Nöqtələr
Deyirlər "ürəkdən ki, gəldi söz, oturar könüldə düz.” Bu, ümumi bir qanundur və istisna hallar da var. Çünki peyğəmbər öz sözünü ürəkdən desə də, bu söz kafirlərin qəlbinə yatmırdı. Halbuki həzrət can-dildən buyururdu: "Mən bütün vücudumla Allaha təsliməm.” Amma yenə də bir dəstə ona etiraz edirdi.
Dinin xas mehvəri əvvəlki və hazırkı ayədə bəyan olunduğu kimi, haqqa təslim olmaq mənasında İslamdır.
Bildirişlər
1. Cidal və höcətləşmə peyğəmbər müxaliflərinin xasiyyətlərindəndir.
2. Risalətin bəyanı və sübutu yaxşıdır, amma höcət insanlarla cidal qadağan olunur.
3. Nəticəsiz mübahisələrə son qoyun.
4. Danışıqda özünüzün və yoldaşlarınızın mövqeyini aşkar elan edin.
5. Peyğəmbərin həqiqi ardıcılları Allaha təslim olanlardır.
6. Qərəzli söhbətlər qarşısında insanı hifz edən, Allaha bağlılıqdır.
7. Peyğəmbərlər bütün vücudları ilə, eşq və şadlıqla Allaha könül vermişlər.
8. Rəhbər həm elm əhli, həm də avam camaata qarşı diqqətli olmalıdır.
9. Səmavi kitablar bəşər nəsli üçün dəyərli bir mədəniyyət sənədidir. Ayədə insanlar iki qismə bölünmüşlər: Kitab verilənlər və avamlar.
10. Gerçək hidayət Allah hüzurunda təslimçilik sayəsində mümkündür.
11. İnsan yol seçimində məcbur yox, azaddır.
12. Elm və kitab təklikdə kifayət deyil. Elm olan yerdə təslimçilik olmaya da bilər.
13. Bizə vəzifəni yerinə yetirmək əmr olunub. Nəticəyə isə zamin deyilik.
14. Allah peyğəmbərlər vasitəsi ilə xalqa höccəti tamamlayır, bəhanəyə yer qalmır.