Ali-İmran surəsi · 179-cu ayə

Allah (Peyğəmbərə vəhy nazil etmək və ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir. Və (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların arasından) istədiyini seçir (və ona peyğəmbərlik vəzifəsinin ehtiyacı qədər qeyb elmi öyrədir). Odur ki, (qəti və şərti qanunlarının icrasında) Allaha və Onun peyğəmbərlərinə iman gətirin. Əgər iman gətirsəniz və təqvalı olsanız, sizin üçün böyük bir mükafat olacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 179
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah çirkini pakdan ayırmaq istəməsəydi, sizi bu gün olduğunuz halda boş buraxardı. Allah sizi qeybdən agah etmək istəyində deyil. Amma peyğəmbərlərindən kimi istəsə (qeybdən agah etmək üçün) seçər. Allaha və Onun peyğəmbərinə iman gətirin. Əgər iman gətirib təqva yolunu seçsəniz, sizin üçün böyük mükafat olacaq.”
Nöqtələr
Bu ayə Ühüd döyüşü haqqındakı son ayədir. Ayədə bildirilir: Dünya böyük bir sınaq meydanıdır. İman iddiasında olan hər kəs öz başına buraxılmır. İnsan cəmiyyətdə adi həyat tərzi yaşamır, məğlubiyyət və qələbələrlə sınağa çəkilir ki, onun batini bəlli olsun. Bəzi möminlər qeybdən və insanların qəlbindən xəbər tutmaq istəyirdilər. Onlar münafiqləri qeybi yolla tanımağa can atırdılar. Ayədə isə belə buyurulur: "Tanıma yolu qeyb yox, sınaqdır. Tədrici sınaqlar vasitəsi ilə yaxşı pisdən seçilir. İnsanlar qeyb elmi vasitəsi ilə tanınsaydılar, ümid şölələri sönər, ictimai bağlar qırılar və həyat hərc-mərcliyə düçar olardı.
Bildirişlər
1. Allah kafirləri özbaşına buraxır. Möminlər isə belə deyil.
2. Yaxşının pisdən seçilməsi ilahi bir qanundur.
3. İnsanların iman və küfrü onların batini bir keyfiyyətidir. İman və küfr qeybi elm yolu ilə yox, sınaq yolu ilə məlum olur.
4. Xalq arasında yaşayış insanların zahirinə əsaslanmalıdır. İnsanların iç sirrindən xəbərdarlıq həyatı iflic edər.
5. Qeyb elmi yalnız Allaha məxsusdur və Allah bəzi seçilmiş peyğəmbərlərinə bu elmdən müəyyən bir həddə bəhrə verər.
6. Həyat adi tərzdə keçməli olsa da, Allah bəzi bəndələrinə qeyb elmi əta edər.
7. Peyğəmbərlərin dərəcələri fərqlidir.
8. Allah risalət sahibi etdiklərini qeyb elmindən bəhrələndirər.
9. Qəlb imanı əməli təqva ilə müşayiət olunmalıdır.
10. Paklıq davamlı, pislik isə ötəridir. Pakın qeyri-pakdan ayrılması qeyri-pakın ötərilik nişanəsdir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 179-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 179-cu ayəsi nə haqqındadır?
Allah (Peyğəmbərə vəhy nazil etmək və ya müxtəlif imtahanlar vasitəsilə) xəbisi pakdan ayırana kimi möminləri sizin indi olduğunuz (mömininizlə münafiqinizin bir-birinə qarışmış olduğu) halda qoyan deyildir. Və (həmçinin) Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və bir-birinizin batininizdən) xə...
Ali-İmran surəsi 179-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 179-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 179-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 179-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 179-cu ayənin təfsiri nədir?
"Allah çirkini pakdan ayırmaq istəməsəydi, sizi bu gün olduğunuz halda boş buraxardı. Allah sizi qeybdən agah etmək istəyində deyil. Amma peyğəmbərlərindən kimi istəsə (qeybdən agah etmək üçün) seçər. Allaha və Onun peyğəmbərinə iman gətirin. Əgər iman gətirib təqva yolunu seçsəniz, sizin üçün böyük mükafat olacaq.” Nöqtələr Bu ayə Ühüd döyüşü haqqındakı son ayədir. Ayədə bildirilir: Dünya böyük bir sınaq meydanıdır. İman iddiasında olan hər kəs öz başına buraxılmır. İnsan cəmiyyətdə adi həyat t...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.