Ali-İmran surəsi - Ayə: 180

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 180
Allahın Öz lütf və rəhmətindən verdiyində (səmavi kitab elmi və dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur (hamı yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 180. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 180 MÖHSÜN QƏRAƏTİ.

"Allahın Öz fəzlindən verdiyini sərf etməyə xəsislik göstərənlər güman etməsinlər ki, (bu xəsislik) onlar üçün yaxşıdır. Əksinə, bu, onlar üçün çox pisdir. Tezliklə qiyamət günü həmin qıymadıqları şey boyunbağı şəklində boyunlarından asılar. Göylərin və yerin irsi Allaha məxsusdur. Allah etdiyiniz işlərdən agahdır.”
Bildirişlər
1. Həqiqəti görün və azğın düşüncələrdən uzaq olun.
2. Sənə məxsus olmayan malı verməkdə nə üçün xəsislik göstərirsən?!
3. Xəsisliyin səbəbi xeyir və şər haqqındakı yanlış bilgilərdir.
4. Peyğəmbərlik vəzifələrindən biri insanların baxış və təfəkkürünün islahıdır.
5. Dünya sevgisi şər adamı insanın gözünə xeyirxah kimi göstərir.
6. Qiyamətdə bəzi cansızlar da səhnəyə gələr.
7. Məad cismanidir.
8. Qiyamət, xeyir və şərin zühur səhnəsi həqiqətdir.
9. İnsan öz var-dövlətini sərf etməkdə mütləq surətdə azad deyil.
10. Qiyamət əməllərin zühur səhnəsidir. Hədisdə bildirilir: Hər kəs malının zəkatını verməsə, qiyamət günü var-dövləti ilan şəklində boynuna sarılar.("Təfsire-Nurus-səqəleyn”; "Kafi”, c. 3, səh. 502. )
11. Qiyamətin bərpa zamanı uzaq deyil.
12. Dünyada var-dövlət əsiri olmaq axirətdə əsarət səbəbidir.
13. Ən ağır işkəncə məhbub tərəfindən qamçılanmaqdır. Dünyada xəsislik göstərdiyimiz şey əzabımıza səbəb olar.
14. Allah həm dünyanın qalarlı miras sahibidir, həm də bizim infaqımıza ehtiyaclı deyil. Demək, infaq göstərişi bizim öz səadətimiz üçündür.
15. Hər şeyin və hər kəsin həqiqi sahibi Allahdır. Biz əliboş gəlmişik və əliboş gedərik, bəs xəsislik nə üçündür?!
Müəllif: MÖHSÜN QƏRAƏTİ.