Ali-İmran surəsi · 163-cü ayə

Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 163
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar Allah yanında dərəcələrdirlər. Allah onların etdiyi işləri görəndir.”
Nöqtələr
Bu ayənin nüzul şəni haqqında deyilir ki, həzrət Peyğəmbər (s) Ühüdə doğru hərəkət göstərişi verdiyi vaxt münafiqlər müxtəlif bəhanələrlə Mədinədə qaldılar. Bir qrup zəif imanlı müsəlman da onlara qoşulub cəbhəyə getmədi.
155-ci ayədə oxuduq ki, Allah cəbhədən qaçıb sonradan peşman olanları bağışlayır. Bu ayədə isə buyurulur: Bəhanəçi rahattələblər və münafiqlər bağışlanmaz.
Quranın bir çox ayələrində möminlərin dərəcələri haqqında danışılır.("Ənfal”. 4; "Taha”, 75. )Bu ayədə isə möminlərin özü dərəcə kimi tanıtdırılır. Necə ki, pak insanlar əvvəlcə Əli ibn Əbi-Talib (ə) kimi hərəkət edir, sonradan özləri ölçü olurlar. Əvvəlcə hansısa mehvər ətrafında dolanır, sonradan özləri xalq mehvəri olurlar.
Bildirişlər
1. Həqiqi mücahidlərin məqsədi ilahi razılığı əldə etməkdir. Onları qələbə, qənimət, şan-şöhrət maraqlandırmır.
2. İslam cəmiyyətində mücahidlərlə rahatlıq axtaranlara eyni gözlə baxılmamalıdır.
3. Cəbhədən qaçmaq Allahın qəzəbinə üz tutmaqdır.
4. Müsəlman üçün yeganə əməl meyarı Allahın razılığı və ya qəzəbi olmalıdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 163-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 163-cü ayəsi nə haqqındadır?
Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir.
Ali-İmran surəsi 163-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 163-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 163-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 163-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 163-cü ayənin təfsiri nədir?
"Onlar Allah yanında dərəcələrdirlər. Allah onların etdiyi işləri görəndir.” Nöqtələr Bu ayənin nüzul şəni haqqında deyilir ki, həzrət Peyğəmbər (s) Ühüdə doğru hərəkət göstərişi verdiyi vaxt münafiqlər müxtəlif bəhanələrlə Mədinədə qaldılar. Bir qrup zəif imanlı müsəlman da onlara qoşulub cəbhəyə getmədi. 155-ci ayədə oxuduq ki, Allah cəbhədən qaçıb sonradan peşman olanları bağışlayır. Bu ayədə isə buyurulur: Bəhanəçi rahattələblər və münafiqlər bağışlanmaz. Quranın bir çox ayələrində möminləri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.