Ali-İmran surəsi · 133-cü ayə

Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 133
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Rəbbinizin sizi bağışlamasına, göylər və yer qədər geniş olan və təqvalılar üçün hazırlanmış behiştə tələsin.”
Nöqtələr
Bir qrup İslam aliminin fikrincə, behişt və cəhənnəm hal-hazırda mövcuddur. Onlar bu məsələdə "Şüəra” surəsinin 90-cı ayəsini dəlil göstərirlər.
Günahın bağışlanması Allahın işidir. Bağışlanmağa doğru tələsmək bağışlanmaya səbəb olacaq işlərə tələsmək mənasındadır.
Ayədəki "ərz” sözü uzunluq yox, genişlik mənasındadır.
Həzrət Əli (ə) bu ayənin təfsirində buyurmuşdur: "İlahi vəzifələri yerinə yetirməyə tələsin.”("Təfsire-Məcməül-bəyan”. )
Bildirişlər
1. Xeyir işdə sürət həmin işin dəyərini artırır.
2. Əvvəlcə bağışlanmaq, sonra isə behiştə getmək!
3. Xalqın günahlarının bağışlanması ilahi rübubiyyət şənidir.
4. Tövbəyə tələsmək lazımdır.
5. Behiştə doğru sürətin şərti müttəqilər zümrəsində olmaqdır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 133-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 133-cü ayəsi nə haqqındadır?
Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.
Ali-İmran surəsi 133-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 133-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 133-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 133-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 133-cü ayənin təfsiri nədir?
"Rəbbinizin sizi bağışlamasına, göylər və yer qədər geniş olan və təqvalılar üçün hazırlanmış behiştə tələsin.” Nöqtələr Bir qrup İslam aliminin fikrincə, behişt və cəhənnəm hal-hazırda mövcuddur. Onlar bu məsələdə "Şüəra” surəsinin 90-cı ayəsini dəlil göstərirlər. Günahın bağışlanması Allahın işidir. Bağışlanmağa doğru tələsmək bağışlanmaya səbəb olacaq işlərə tələsmək mənasındadır. Ayədəki "ərz” sözü uzunluq yox, genişlik mənasındadır. Həzrət Əli (ə) bu ayənin təfsirində buyurmuşdur: "İlahi və...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.