Ali-İmran surəsi - Ayə: 132

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 132
Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 132. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 132 MÖHSÜN QƏRAƏTİ.

"Allaha və Onun rəsuluna itaət edin. Bəlkə sizə rəhm olunsun”.
Nöqtələr
Ühüd döyüşündə müsəlmanların məğlubiyyət səbəbi onların həzrət Peyğəmbərin (s) göstərişinə itaətsizlikləri oldu. Məsələn, həzrətin pusquda qoyduğu və göstərişi gələnədək tərpənməmək tapşırığı verdiyi dəstə qənimət toplamaq məqsədi ilə öz mövqeyini boş qoydu. Düşmən məhz həmin keçiddən adlayıb müsəlmanlara arxadan zərbə vurdu.
Bildirişlər
1. Peyğəmbər hökumətinin göstəriş və əmrləri Allah əmrləri kimidir və onlara itaət etmək vacibdir.
2. Sələmçilik Allah və Onun rəsulu qarşısında üsyan və tüğyandır.
3. Bir şəxs Allaha və Onun rəsuluna itaət üçün sələmçilikdən əl çəksə və xalqa rəhm etsə, Allahın mərhəmətini əldə edər.
4. Allah və Onun rəsuluna itaət cəhənnəmdən qurtuluş rəmzidir.
5. Allah və Onun rəsuluna itaətin bəhrəsi insanın özü üçün faydalıdır.
6. Allaha itaət mükafatsız qalmır. İtaət ilahi rəhməti əldə etmək vasitəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.