Ali-İmran surəsi · 129-cu ayə

Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 129
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Göylərdə və yerdə olanlar Onundur. O (öz hikməti əsasında) istədiyini bağışlayır, istədiyinə əzab verir. Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Bu ayə əfv və ya cəzanın Allahın əlində olmasını bildirən əvvəlki ayəni təsdiqləyir. Çünki bütün varlıq aləminin yaranışı və onun üzərindəki hakimiyyət Allahın əlindədir. Maraqlıdır ki, ayədə əfv olunası və ya cəzalandırılası fərdlər müəyyənləşdirilmir. Beləcə, kimsədə qürur və ya ümüdsizlik yaranmır. Hamı qorxu və ya ümüd arasında qalır. Şübhəsiz ki, əfv və ya əzab ilahi hikmət əsasındadır və insanın özü tərəfdən həyata keçən şərtlərdən asılıdır.
Bildirişlər
1.Əfv və ya cəza haqqı göylərin və yerin hakimiyyəti əlində olana məxsusdur.
2. İlahi nizamda da əfv və mərhəmət əsas götürülmüşdür və öndə gəlir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 129-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 129-cu ayəsi nə haqqındadır?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun əlindədir). İstədiyini (və layiq bildiyini) bağışlayır və istədiyinə (bütün dəlillər təqdim olunub qurtardıqdan sonra) əzab verər. Allah çox bağışlayan və meh...
Ali-İmran surəsi 129-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 129-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 129-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 129-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 129-cu ayənin təfsiri nədir?
"Göylərdə və yerdə olanlar Onundur. O (öz hikməti əsasında) istədiyini bağışlayır, istədiyinə əzab verir. Allah bağışlayan və mehribandır.” Nöqtələr Bu ayə əfv və ya cəzanın Allahın əlində olmasını bildirən əvvəlki ayəni təsdiqləyir. Çünki bütün varlıq aləminin yaranışı və onun üzərindəki hakimiyyət Allahın əlindədir. Maraqlıdır ki, ayədə əfv olunası və ya cəzalandırılası fərdlər müəyyənləşdirilmir. Beləcə, kimsədə qürur və ya ümüdsizlik yaranmır. Hamı qorxu və ya ümüd arasında qalır. Şübhəsiz k...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.