Ali-İmran surəsi - Ayə: 128

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 128
Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 128. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 128 MÖHSÜN QƏRAƏTİ.

"Heç bir iş (xalqın hidayət və ya cəzalandırılması) sənin ixtiyarında deyil. (Yalnız Allah) onlara ya lütfünü göndərir, ya da onlara əzab verir. Çünki onlar zalımdır.

 

Nöqtələr
Ümmətin rəhbəri kamil sədaqət sahibi olduqda hətta ayələrin onun öhdəsində qoymadığı vəzifələri də yerinə yetirir. Şiə və sünni təfsirlərində oxuyuruq ki, Ühüd savaşında həzrət Peyğəmbərin (s) dişi sındığı zaman buyurdu: "Bu xalq necə hidayət olacaq?” Ayə nazil oldu ki, sən xalqın hidayətinə məsul deyilsən. Bildirildi ki, insanlar gələcəkdə həm bağışlana, həm də cəzalandırıla bilər.
Bildirişlər
1. Bağışlamaq və ya əzab vermək Allahın əlindədir. Onun izni olmadan övliyalar da şəfaət verə bilmir. Peyğəmbərlərin Allah qarşısında heç bir istiqlalı yoxdur.
2. Tövbə yolu hətta haqq cəbhəsindən qaçanlar üçün və ya müsəlmanlara ən böyük zərbə vurmuş kafirlər üçün bağlı deyil.
3. Xalqa verilən əzabın səbəbi onların öz zülm və sitəmləridir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.