Ali-İmran surəsi · 128-ci ayə

Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 128
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Heç bir iş (xalqın hidayət və ya cəzalandırılması) sənin ixtiyarında deyil. (Yalnız Allah) onlara ya lütfünü göndərir, ya da onlara əzab verir. Çünki onlar zalımdır.

 

Nöqtələr
Ümmətin rəhbəri kamil sədaqət sahibi olduqda hətta ayələrin onun öhdəsində qoymadığı vəzifələri də yerinə yetirir. Şiə və sünni təfsirlərində oxuyuruq ki, Ühüd savaşında həzrət Peyğəmbərin (s) dişi sındığı zaman buyurdu: "Bu xalq necə hidayət olacaq?” Ayə nazil oldu ki, sən xalqın hidayətinə məsul deyilsən. Bildirildi ki, insanlar gələcəkdə həm bağışlana, həm də cəzalandırıla bilər.
Bildirişlər
1. Bağışlamaq və ya əzab vermək Allahın əlindədir. Onun izni olmadan övliyalar da şəfaət verə bilmir. Peyğəmbərlərin Allah qarşısında heç bir istiqlalı yoxdur.
2. Tövbə yolu hətta haqq cəbhəsindən qaçanlar üçün və ya müsəlmanlara ən böyük zərbə vurmuş kafirlər üçün bağlı deyil.
3. Xalqa verilən əzabın səbəbi onların öz zülm və sitəmləridir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 128-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 128-ci ayəsi nə haqqındadır?
Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)
Ali-İmran surəsi 128-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 128-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 128-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 128-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 128-ci ayənin təfsiri nədir?
"Heç bir iş (xalqın hidayət və ya cəzalandırılması) sənin ixtiyarında deyil. (Yalnız Allah) onlara ya lütfünü göndərir, ya da onlara əzab verir. Çünki onlar zalımdır.   Nöqtələr Ümmətin rəhbəri kamil sədaqət sahibi olduqda hətta ayələrin onun öhdəsində qoymadığı vəzifələri də yerinə yetirir. Şiə və sünni təfsirlərində oxuyuruq ki, Ühüd savaşında həzrət Peyğəmbərin (s) dişi sındığı zaman buyurdu: "Bu xalq necə hidayət olacaq?” Ayə nazil oldu ki, sən xalqın hidayətinə məsul deyilsən. Bildirildi ki...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.