"(İlahi yardımların səbəbi bu idi ki,) kafirlərdən bəzilərini məhv etsin və ya nakam qoysun və onlar naümid halda geri dönsünlər.”
Ayədəki "tərəf” sözü bir şeyin sonunu bildirir. Buna əsasən, ayədən anlaşılır ki, qeybi yardımlar bəzi kafirləri məhv etmək üçündür. "Tərəf” sözünü "əyanlar” kimi mənalandıran təfsirçilər də var. Yəni Bədr döyüşünün məqsədi küfr başçılarının məhvi idi. Bu ayə "Tövbə” surəsinin on ikinci ayəsinin oxşarıdır.
Ümidsizlik iki növdür: Əvvəlcədən yaranan ümidsizlik "yəs” ümidvar olduqdan sonra ümidin üzülməsi isə "xaib” adlanır.("Təfsire-Ətyəbul-bəyan”; "Ət-təhqiq fi kəlimatil-Quran”. )
İslamda savaş bəzən müdafiə, bəzən düşmənin hücumunun qarşısının alınması üçündür, bəzən də ilk addımdır.
1. Küfr başçıları ya biryolluq məhv edilməli, ya da zəlil və məyus olmalıdırlar. Küfrü kökündən silkələməyən zəif, mövsümi, birtərəfli müqavimətlər sizi sevindirməsin.
2. Müsəlmanların vəhdəti, qüdrəti, siyasəti və müdiriyyəti elə olmalıdır ki, düşmən ümidini üzsün.