Ali-İmran surəsi · 127-ci ayə

(Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 127
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(İlahi yardımların səbəbi bu idi ki,) kafirlərdən bəzilərini məhv etsin və ya nakam qoysun və onlar naümid halda geri dönsünlər.”
Nöqtələr
Ayədəki "tərəf” sözü bir şeyin sonunu bildirir. Buna əsasən, ayədən anlaşılır ki, qeybi yardımlar bəzi kafirləri məhv etmək üçündür. "Tərəf” sözünü "əyanlar” kimi mənalandıran təfsirçilər də var. Yəni Bədr döyüşünün məqsədi küfr başçılarının məhvi idi. Bu ayə "Tövbə” surəsinin on ikinci ayəsinin oxşarıdır.
Ümidsizlik iki növdür: Əvvəlcədən yaranan ümidsizlik "yəs” ümidvar olduqdan sonra ümidin üzülməsi isə "xaib” adlanır.("Təfsire-Ətyəbul-bəyan”; "Ət-təhqiq fi kəlimatil-Quran”. )
İslamda savaş bəzən müdafiə, bəzən düşmənin hücumunun qarşısının alınması üçündür, bəzən də ilk addımdır.
Bildirişlər
1. Küfr başçıları ya biryolluq məhv edilməli, ya da zəlil və məyus olmalıdırlar. Küfrü kökündən silkələməyən zəif, mövsümi, birtərəfli müqavimətlər sizi sevindirməsin.
2. Müsəlmanların vəhdəti, qüdrəti, siyasəti və müdiriyyəti elə olmalıdır ki, düşmən ümidini üzsün.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 127-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 127-ci ayəsi nə haqqındadır?
(Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin.
Ali-İmran surəsi 127-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 127-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 127-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 127-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 127-ci ayənin təfsiri nədir?
"(İlahi yardımların səbəbi bu idi ki,) kafirlərdən bəzilərini məhv etsin və ya nakam qoysun və onlar naümid halda geri dönsünlər.” Nöqtələr Ayədəki "tərəf” sözü bir şeyin sonunu bildirir. Buna əsasən, ayədən anlaşılır ki, qeybi yardımlar bəzi kafirləri məhv etmək üçündür. "Tərəf” sözünü "əyanlar” kimi mənalandıran təfsirçilər də var. Yəni Bədr döyüşünün məqsədi küfr başçılarının məhvi idi. Bu ayə "Tövbə” surəsinin on ikinci ayəsinin oxşarıdır. Ümidsizlik iki növdür: Əvvəlcədən yaranan ümidsizlik...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.