Ali-İmran surəsi · 110-cu ayə

Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 110
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Siz xalq üçün zahir olmuş ən yaxşı ümmətsiniz. Yaxşılıqları əmr edir, pisliklərə qadağa qoyursunuz və Allaha imanınız var. Əgər kitab əhli (də belə nurani ayələrə iman gətirsəydilər, şübhəsiz onlar üçün yaxşı olardı. Onlardan bəziləri mömindirlər. Amma çoxları günahkardır.”
Nöqtələr
Bu surənin 104-cü ayəsində əmr be məruf və nəhy əz münkərin xüsusi bir rəsmi qrup tərəfindən gerçəkləşən ayrıca mərhələsi haqqında danışıldı. Bu ayədə isə hamının vəzifəsi olan ümumi mərhələyə işarə olundu.
Bildirişlər
1. Bir ümmət şüarla yox, iman, əmr be məruf və nəhy əz münkərlə ən üstün ümmət ola bilər.
2. Səsini çıxarmayan, qorxaq ümmətdə xeyir yoxdur.
3. Əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) o qədər mühümdür ki, bu meyarın yerinə yetirilməsi ümmət üçün imtiyaz sayılır.
4. Yaxşılığa əmr və pisliyə qadağa müsəlmanlar vahid bir ümmət olub hakimiyyət əldə etdikdə gerçəkləşir.
5. Müsəlmanlar bütün dünyanı islah etməyə məsuldurlar.
6. Fəsadla mübarizə aparmadan yaxşılığa dəvət etmənin nəticəsi cüzidir.
7. Ümmətin hər bir fərdi yaxşılığa əmr etməli və pisliyə qadağa qoymalıdır.
8. Əmr be mərufda yaşın, insanın sakin olduğu yerin, irqin, millətin, savadın, iqtisadi və ictimai mövqeyin rolu yoxdur.
9. Müsəlman xahiş və yalvarışla yox, hökmlə əmr etməli və qadağa qoymalıdır.
10. Əmr be məruf nəhy əz münkərdən öndə gəlir.
11. Yalnız imandan qaynaqlanmış əmr və qadağanın təsiri var.
12. Allah kitab əhlini İslama dəvət edir.
13. İslam bütün digər dinləri gücdən salmışdır.
14. İnsan yol seçimində azaddır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 110-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 110-cu ayəsi nə haqqındadır?
Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər.
Ali-İmran surəsi 110-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 110-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 110-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 110-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 110-cu ayənin təfsiri nədir?
"Siz xalq üçün zahir olmuş ən yaxşı ümmətsiniz. Yaxşılıqları əmr edir, pisliklərə qadağa qoyursunuz və Allaha imanınız var. Əgər kitab əhli (də belə nurani ayələrə iman gətirsəydilər, şübhəsiz onlar üçün yaxşı olardı. Onlardan bəziləri mömindirlər. Amma çoxları günahkardır.” Nöqtələr Bu surənin 104-cü ayəsində əmr be məruf və nəhy əz münkərin xüsusi bir rəsmi qrup tərəfindən gerçəkləşən ayrıca mərhələsi haqqında danışıldı. Bu ayədə isə hamının vəzifəsi olan ümumi mərhələyə işarə olundu. Bildiriş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.