Ali-İmran surəsi - Ayə: 109

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 109
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq, bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 109. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 109 MÖHSÜN QƏRAƏTİ.

"Göylərdə və yerdə olanlar Allaha məxsusdur. Bütün işlərin qayıdışı yalnız Allaha doğrudur.”
Nöqtələr
İlahi ayələr peyğəmbərə artırılıb-əskildilmədən, haqq və həqiqət əsasında nazil olur. Eləcə də, əməllər və reaksiyalar, mükafatlar və cəzalar möhkəm üsul və qaydalara əsaslanır. Allah Öz bəndələrinə onların gücündən artıq vəzifə tapşırmır, mükafat və cəzada insanların fərqli şəraitləri və istedadları nəzərə alınır, zülmə yol verilmir.
Yalnız nöqsanı olan və ya haqq yolla məqsədinə çata bilməyən kəs zülm edir. Həmçinin zülmün pisliyindən xəbərdar olmayan kəs bu yola əl atır. Allahda isə bu sifətlərin heç biri yoxdur. Əgər hər şey Allahındırsa və qayıdış yalnız Ona doğrudursa, Allahın zülm etməyə nə ehtiyacı ola bilər?!
Bildirişlər
1. Peyğəmbərə vəhy nazil olması haqdır. Vəhy təxəyyül məhsulu deyil.
2. Qiyamətdəki üzüağlıq və üzüqaralıq Allahın zülmü yox, insanın öz əqidə və əməllərinin nəticəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.