Ali-İmran surəsi · 104-cü ayə

Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Aranızda (başqalarını) xeyirə dəvət edən, əmr be məruf və nəhy əz münkər edən bir dəstə olmalıdır. Onlar nicat tapmışlardır.”
Nöqtələr
Əmr be məruf və nəhy əz münkərlə bağlı ayənin vəhdət və birlik ayələri arasında yerləşməsinin səbəbi bu ola bilər ki, təfriqəyə düçar olmuş cəmiyyətdə ya xeyirə dəvət gücü yoxdur, ya da belə dəvətlər təsirsizdir.
Əmr be məruf və nəhy əz münkər iki şəkildə icra olunur:
1.Ümumi bir vəzifə olaraq hər kəs öz gücü həddində bu vəzifəni yerinə yetirir.
2. Bu vəzifəni təşkilatlanmış bir dəstə öhdəsinə götürüb yerinə yetirir. Necə ki, yol hərəkətini pozmuş sürücüyə həm digər sürücülər etiraz edir, həm də yol polisi onunla qanuni şəkildə davranır.
Əmr be məruf və nəhy əz münkər haqqında xeyli rəvayət nəql olunmuşdur. Uyğun mövzu ilə əlaqədar həzrət Əlinin (ə) bir buyruğunu xatırlamaqla kifayətlənirik. Həzrət buyurur: "Əgər əmr be məruf və nəhy əz münkər tərk olunsa, xeyir işlər dayanar və şər adamlar hakim olar.”("Nəhcül-bəlağə”, Həzrət Əli ələyhissəlamın vəsiyyətindən. )
Bildirişlər
1. İslam cəmiyyətində hakimiyyət tərəfindən təyin olunmuş nəzarətçi qrup xalqın ictimai rəftarlarını izləməlidir.
2. Cəmiyyətin islahı və günahın qarşısının alınması təşkilati güc və konkret məsul olmadan mümkünsüzdür.
3. Xeyir və yaxşılığa dəvət edən kəs islamşünas, xalqşünas və üsulşünas olmalıdır. Ona görə də bütün xalq yox, bəziləri bu vəzifəni öhdəsinə almışdır.
4. Xeyirə dəvət, əmr be məruf və nəhy əz münkər mövsümi və müvəqqəti yox, daimi olmalıdır.
5. Əmr be məruf (yaxşılığa əmr) nəhy əz münkərdən (pisliyin qadağasından) öndə gəlir. Yaxşılıq yolu açıq olsa, pisliyə aparan yol daralar.
6. Cəmiyyətin inkişaf və islahına ürək yandıranlar həqiqi nicat tapmışlardır. Biganə guşənişinlərin qurtuluşdan payı yoxdur.
7. Qurtuluş insanın yalnız özünün nicat tapmasından ibarət deyil. Başqalarının da nicatı və inkişafı qurtuluş şərtlərindəndir.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 104-cü ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 104-cü ayəsi nə haqqındadır?
Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!
Ali-İmran surəsi 104-cü ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 104-cü ayənin təfsiri nədir?
"Aranızda (başqalarını) xeyirə dəvət edən, əmr be məruf və nəhy əz münkər edən bir dəstə olmalıdır. Onlar nicat tapmışlardır.” Nöqtələr Əmr be məruf və nəhy əz münkərlə bağlı ayənin vəhdət və birlik ayələri arasında yerləşməsinin səbəbi bu ola bilər ki, təfriqəyə düçar olmuş cəmiyyətdə ya xeyirə dəvət gücü yoxdur, ya da belə dəvətlər təsirsizdir. Əmr be məruf və nəhy əz münkər iki şəkildə icra olunur: 1.Ümumi bir vəzifə olaraq hər kəs öz gücü həddində bu vəzifəni yerinə yetirir. 2. Bu vəzifəni t...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.