Ali-İmran surəsi - Ayə: 103

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 103
Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 103. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 103 MÖHSÜN QƏRAƏTİ.

"Hamılıqla Allahın ipinə sarılın və pərakəndə olmayın. Allahın nemətlərini xatırlayın. Bir-birinizin düşməni olduğunuz vaxt Allah qəlbləriniz arasına ülfət saldı və Onun neməti sayəsində bir-birinizin qardaşı oldunuz. Od dolu uçurumun qırağında ikən sizə ondan nicat verdi. Allah Öz ayələrini sizə belə bəyan edir. Bəlkə hidayət olasınız.
Nöqtələr
Həzrət Əli (ə) buyurmuşdur: "Quran "həblüllahdır (Allahın ipidir).”("Nəhcül-bəlağə”, x. 176. ) İmam Sadiq (ə) buyurmuşdur: "Biz əhli-beyt həblüllahıq.”("Təfsire-Məcməül-bəyan”. )Başqa bir rəvayətdə deyilir: "Əli ibn Əbu Talib (ə) həblüllahdır.”("Təfsire-Nurus-səqəleyn”. )
Qəlblərin dostluğu yalnız Allahın əlindədir. Quran peyğəmbərə xitabla buyurur: «Əgər yerin bütün var-yoxunu sərf etsən, Allahın istəyi olmadan qəlblər arasında ülfət yarada bilməzsən.»("Ənfal”, 63. )
Bildirişlər
1. Vəhdət və təfriqədən uzaqlıq ilahi bir vəzifədir.
2. Vəhdət mehvəri irq, millət, dil yox, Allahın dini olmalıdır.
3. İslamın bərəkət və xidmətlərindən qəflətdə qalmayın.
4. Vəhdət qardaşlıq amilidir.
5. Birlik böyük ilahi nemətdir. Təfriqə göy və yer əzabları sırasında ilahi bir cəzadır. Hətta İslamda vəhdət xatirinə yalan danışmaq caiz, təfriqə törədən doğru söz isə haramdır.
6. Təfriqə və ədavət atəş dərəsidir.
7. Allahın nemətləri onun ayələridir.
8. İlahi nemətlərin xatırlanması eşq amilidir və hidayət üçün zəmin yaradır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.