Ali-İmran surəsi · 102-ci ayə

Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! İlahi təqvaya layiq şəkildə Allahdan çəkinin və yalnız müsəlman olaraq ölün.”
Nöqtələr
İman, elm, təqva kimi kamilliklərin mərhələləri var. İbtidai, üstün, mütləq kamal mərhələləri mövcuddur. Quranda oxuyuruq: "Pərvərdigara! Mənim biliyimi artır.”("Taha”, 114. ) "Məkarimul-əxlaq” duasında isə belə oxuyuruq: "Pərvərdigara! Mənim imanımı kamala çatdır.” Bu ayədə isə təqvanın ən ali dərəcəsini əxz etmək tövsiyə olunur.
Bildirişlər
1. Mömin hər gün bir mərtəbə yuxarı qalxmalıdır.
2. Gerçək təqva yaranış və məada iman sayəsində əldə olunur.
3. Təqva xeyir aqibət rəmzidir.
4. İman gətirmək kifayət deyil, imanlı qalmaq lazımdır. İşə başlamaq bir o qədər də mühüm deyil. Ən mühümü işi sona çatdırmaqdır.
5. İslam təkcə necə yaşamağı yox, həm də necə ölməyi bizə öyrədir.
6. İnsanın öz tale və aqibətində rolu var.
7. İslam həm təqvanın keyfiyyətinə əhəmiyyət verir, həm də onun ömrünün sonunadək davamını mühüm sayır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 102-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 102-ci ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün.
Ali-İmran surəsi 102-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 102-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 102-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 102-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 102-ci ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! İlahi təqvaya layiq şəkildə Allahdan çəkinin və yalnız müsəlman olaraq ölün.” Nöqtələr İman, elm, təqva kimi kamilliklərin mərhələləri var. İbtidai, üstün, mütləq kamal mərhələləri mövcuddur. Quranda oxuyuruq: "Pərvərdigara! Mənim biliyimi artır.”("Taha”, 114. ) "Məkarimul-əxlaq” duasında isə belə oxuyuruq: "Pərvərdigara! Mənim imanımı kamala çatdır.” Bu ayədə isə təqvanın ən ali dərəcəsini əxz etmək tövsiyə olunur. Bildirişlər 1. Mömin hər gün bir mərtəbə yuxarı qalxmalıdır...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.