Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Nun (Qələm) surəsi" üzrə
52 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Nun (Qələm) surəsi
Ayə 1
Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi – Məhfuza və (qələmin batrılaraq yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi – Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər; və Lövhi – Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
Nun (Qələm) surəsi
Ayə 2
Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!
Nun (Qələm) surəsi
Ayə 3
Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.
Nun (Qələm) surəsi
Ayə 4
Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.
Nun (Qələm) surəsi
Ayə 5
Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,
Nun (Qələm) surəsi
Ayə 6
Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.
Nun (Qələm) surəsi
Ayə 7
Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.
Nun (Qələm) surəsi
Ayə 8
Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.
Nun (Qələm) surəsi
Ayə 9
Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.
Nun (Qələm) surəsi
Ayə 10
Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə,
Nun (Qələm) surəsi
Ayə 11
Çox eyb axtarana, pis danışana və söz gəzdirənə,
Nun (Qələm) surəsi
Ayə 12
Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara,
Nun (Qələm) surəsi
Ayə 13
Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!
Nun (Qələm) surəsi
Ayə 14
(Bu günahları) ona görə (edir ki,) mal-dövlət və oğullar sahibidir.
Nun (Qələm) surəsi
Ayə 15
Bizim ayələrimiz ona oxunduğu zaman deyər: «(Bunlar) keçmişdəkilərin əfsanələridir».
Nun (Qələm) surəsi
Ayə 16
Biz tezliklə onun burnuna (zillət) dağı basacağıq.
Nun (Qələm) surəsi
Ayə 17
Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.
Nun (Qələm) surəsi
Ayə 18
Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.
Nun (Qələm) surəsi
Ayə 19
Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü.
Nun (Qələm) surəsi
Ayə 20
Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü.